İmam Hüseyni (ə) ziyarət edənə min nəfər döyüşçünü təchiz etməyin savabı verilər
Mьəllif: admin1
Tarix: 31-10-2017, 10:05
İmam Hüseyni (ə) ziyarət edənə min nəfər döyüşçünü təchiz etməyin savabı verilər
İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, Həzrət (ə) buyurur: “O kəs ki, mərifətlə İmam Hüseynin (ə) ziyarətinə gedər, Allah onun üçün min qul azad etməyin savabını yazar. O kəs kimi olar ki, min nəfər mücahidi yəhərlənmiş atla təchiz edər və Allah yolundakı döyüşə yollayar”.

Hədisin şərhi:
Ərbəin günü – İmam Hüseynlə (ə) birlikdə olmağa hazır olduğumuzu elan edən bir gündür. Bu günü 20 milyondan çox insan deyər: “Biz sizə (İmam Hüseynə (ə) və tərəfdaşlarına) yardım etməyə hazırıq”.

Ərbəin piyada yürüşündə bu cümlələri yadına sal və Ərbəin ziyarətinin fəlsəfəsini dərk etməyə çalış. Bil ki, Ərbəin ziyarəti İmamla (ə) birlikdəolmağa hazır olmağı elan etməkdir. Həmin gün 20 milyondan çox insan mücahid olar.

“Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. Allah yoluna hər nə xərcləsəniz, (Qiyamət günü) o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir (haqqınızdan kəsilməyəcəkdir)”. (“Ənfal” 60).

Ərbəin ziyarəti - o ziyarətlərdəndir ki, düşmənin qəlbinə qorxu salar və onu dəhşətə gətirər.

Əziz İmam (ə) bu hədisdə buyurur ki, İmam Hüseyni (ə) ziyarət edənə min qulu azad etməyin savabı veriləcəkdir. Həzrətin (ə) bu nurani sözlərini elə başa düşmək olur ki, bizim bu yolda mərifətlə atdığımız hər bir addım minlərlə cəhalət və şəhvət əsirini azad edəcəkdir. Birlikdə olmağı elan etməklə biz bəşəriyyəti zülm və cəhalətdən azad etmək üçün zəminələr hazırlamış olarıq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031