Əhli-Beyt (ə) davamçıları İmamlardan (ə) daha səbirlidirlər?
Mьəllif: admin1
Tarix: 3-11-2017, 21:42
Əhli-Beyt (ə) davamçıları İmamlardan (ə) daha səbirlidirlər?
İmam Sadiqin (ə) səhabələrindən biri nəql edir ki, İmam (ə) buyurur: “Biz səbirliyik, ancaq bizim davamçılarımız bizdən daha səbirlidirlər”.
Həmin şəxs soruşur ki, bu, necə ola bilər? İmam (ə) cavabında buyurur: “Biz bilirik və səbir edirik. Onlar səbir edirlər, halbuki nə olacağını bilmirlər”.
Səbirlə bağlı Müqəddəs Kitabımızda buyurulur:
«Çox peyğəmbərlər olub ki, Allaha sitayiş edənlər onlarla birgə düşmənlərə qarşı vuruşmuş və bu yolda onların başına gələn müsibətlərdən zəifləməmiş və aciz qalmamış, düşmənə də təslim olmamışlar. Allah səbir edənləri sevəndir». ("Ali-İmran”, ayə 146)
«Allaha və Onun Rəsuluna itaət edin. Zəifləyib, əzəmət-qüdrətiniz aradan getməsin və bir-birinizlə çəkişməyin. Səbir edin ki, Allah səbir edənlərlədir». ("Ənfal”, ayə 24)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930