İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?
Mьəllif: admin1
Tarix: 13-06-2022, 23:00
İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?
Hər bir məhəbbət insana verilən nemət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın nemətlərini düşündükcə Ona sevgisi artır.

Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi nemətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!

Hər bir fərdə əta olunmuş özünəməxsus istedadlar Allahın xüsusi nemətlərindəndir. İnsan öz varlığını diqqətlə nəzərdən keçirsə, kimsədə olmayan xüsusiyyətlərlə rastlaşar.

Bəli, nemətləri düşünmək insanın qəlbini ilahi eşqlə doldurur, onu Allah qarşısında səcdəyə vadar edir. Bütün bunları nəzərə alaraq Quran ilahi nemətlər barədə düşünməyi tapşırır. (“Əraf”, 69.)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031