Əmmar Yasirin qatili
İmam Sadiq (ə) nəql edir: “O zaman ki, Əmmar ibni Yasir şəhid olur, onun xəbəri Şam əhlinə gedib çatır. İnsanların çoxunun bədəninə titrəmə düşür.
Bir-birinə deyirlər: “Peyğəmbər (s) Əmmar barəsində buyurmuşdu: “Ey Əmmar! Səni zalım dəstə öldürəcəkdir””. Əmr As (lən) Müaviyyənin (lən) yanına gəlir və deyir: “Ey əmirəl-möminin! İnsanların arasında çox kəskin fitnə və həyəcan vardır”. Müaviyyə soruşur: “Nə üçün?”. Əmr As deyir: “Əmmarın qətlinə görə”. Müaviyyə deyir: “Əmmar öldürülmüşdür, məgər nə olmuşdur ki?”. Əmr As deyir: “Məgər bilmirsən ki, Peyğəmbər (s) onun qatilini zalım dəstə adlandırmışdır?”. Müaviyyə deyir: “Ey Əmr! Sən də xataya düşmüsən. Məgər biz onun qatiliyik? Onun qatili ancaq Əli ibni Əbitalibdir (ə) ki, onu bizim “oxların qarşısında qərar vermişdi”. Bu xəbər İmam Əliyə (ə) çatanda, Həzrət (ə) buyurur: “Əgər bu cür olsaydı, onda Peyğəmbər (s) Həmzənin qatili olardı. Çünki o, da Həmzənimüşriklərin oxları qarşısında qərar vermişdi”. /Deyerler.org/ Oxşar xəbərlər
|