İmam Əli (ə) Əllamə Əmininin təvəssülünü niyə gecikdirdi?
Mьəllif: admin1
Tarix: 7-11-2017, 20:46
İmam Əli (ə) Əllamə Əmininin təvəssülünü niyə gecikdirdi?
Bütün böyük din alimləri kimi Əllamə Əmini də Əhli-Beytə (ə) böyük sevgi və eşq bəsləyən bəndələrdən olmuşdur.

Məclislərdə Ali-Muhəmməd (ə) müsibətinə yüksək səslə ağlayardı. Elə ağlayardı ki, sanki İmamlardan (ə) biri məclisdə iştirak edirdi.

Bu alim dəfələrlə Əmirəl-möminin (ə) hərəminə gedərək, ona təvəssül etmişdir. Ayətullah Bəhaəddini nəql edir: “Mərhum Əllamə “Ğədir” kitabını yazan zaman, Əmirəl-mömininə (ə) təvəssül etmişdi. Ancaq bir müddət keçməsinə baxmayaraq, xəbər yox idi.

Alim hərəmdə olan zaman səhra ərəblərindən biri gəlir və belə bir dua edir: “Ey Əli! Əgər kişisənsə, mənim işimi yerinə yetir!”.

Sonrakı həftə alim yenə də hərəmdə olan zaman bu ərəb gəlir və deyir: “Ey Əli! Kişisən, işim düzəldi”.

Əllamə bu sözlərdən narahat olur və düşünür ki, onun hacəti niyə yerinə yetmir?

Gecə yatan zaman yuxuda İmamı (ə) görür və Həzrət (ə) ona buyurur: “Onlar bədəvidilər və onlarla uşaq kimi rəftar edirəm. Onları gözlətmək olmaz. Ancaq sizin ki, bizimlə tanışlığınız vardır, gözləsəniz belə, sədaqətiniz azalmaz.

Səhər tezdən bir qoca qadın dəsmala bükülmüş bir kitab gətirdi və alim gördü ki, bu həmin kitabdır ki, İmamdan (ə) istəmişdi”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930