İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin 15 fəziləti
Məsum İmamların (ə) bizlərə evrdiyi tövsiyələrindən biri də İmam Hüseyn (ə) hərəmini ziyarət etməkdir. Bu ziyarət üçün çox sayda fəzilət bəyan etmişdilər ki, onlardan bəsinizə işarə edək:
1. “O zaman ki, insan ziyarət üçün qəsd edər, Allah onun günahlarını bağışlayar. O zaman ki, ziyarət yoluna addım atar, onları əməl dəftərindən silər. Layiqli əməllərini bir neçə qat edər. Bu yolla hər bir mərhələdə yaxşı işləri artırılar o zamana qədər ki, behiştə daxil olar. O zaman ki, ziyarət üçün qəsd edər və qüsl alar, Peyğəmbər (s) onu səsləyər: “Ey Allaha üz tutan! Ey Onun qonaqları! Mənimlə behiştdə bir yerdə olmağa müjdə olsun”. Əmirəl-möminin (ə) səslənər: “Mən sizin hacətlərinizin yerinə yetməsinə zaminəm”. O iki əziz hər iki tərəfindən onu müşayiət edərlər, o zamana qədər ki, ziyarətdən qayıdar”. 2. O zaman ki, Həzrət Hüseynin (ə) ziyarəti üçün lazım olan şeyləri hazır edər və alar, xərclədiyi hər dirhəmə görə Ühüd dağı qədər ona savab verilər. Bütün bəlalar ondan qayıdar. Ona görə də hədislərimiz deyir: “Allah Hüseyn (ə) zəvvarının Allah yolunda bağışladığı hər dirhəm qarşılığında on min dirhəmin savabını verər”. Hər şeydən üstün isə bu maddi bəxşişlər Allahın razılığına, Peyğəmbərin (s), İmam Əli (ə) və Məsum İmamların (ə) xeyir-duasına səbəb olar. 3. O zaman ki, mənzilindən çıxar, altı tərəfindən ona 600 mələk yoldaşlıq edər. 4. İmam Hüseyn (ə) hərəminə yollanan zaman hər nəyə və hər yerə addım qoysa, onun üçün dua edərlər. Addımını qaldırıb qoyan zaman hər addımına görə min layiqli işin savabı vardır. Əgər gəmidə əyləşmiş olsa, gəmi hərəkət edən zaman Allah onu səsləyər: “Agah ol ki, xilas olmuşlardan oldun. Behişt sənin varlığınla xoşbəxt olar”. O zaman ki, miniyə minər, hər dəfə əlini tərpədən zaman min layiqli işin savabına malik olar. 5. Yolda günəşin şüası üzərinə düşən zaman, onun günahlarını, atəş odunu yandırdığı kimi yandırar və məhv edər. 6. O zaman ki, Fərat suyu ilə qüsl alar, bütün günahları tökülər. Həzrət Peyğəmbər (s) onu Allah qonağı adlandıraraq, behişti və özü ilə yoldaş olacağını müjdə verər. Əmirəl-möminin (ə) hacətinin yerinə yetəcəyini ona zəmanət verər. 7. Havanın şiddətli hərarətindən tərləyər və yolun əziyyətindən yorular. Hədislər deyir ki, onun bu tərindən 70 min mələk meydana gələr, Qiyamət bərpa olana qədər Allaha sitayiş edərlər. Hüseyn (ə) zəvvarı üçün bağışlanma istəyərlər. 8. Ziyarət qüslu alıb hərəkət edəndə hər atdığı addıma görə qəbul olmuş yüz həcc və yüz ümrə və Peyğəmbərlə (s) birgə edilən yüz cihadın savabını qazanar. 9. Hərəmə yaxınlaşan zaman mələklərin müxtəlif dəstələri və hər dəstədə on min nəfər onu qarşılamağa gedər. Bu mələklərin arasında 4 min mələk olar ki, Aşura günü İmam Hüseynə (ə) yardım etmək üçün hazır olduqlarını elan etmişdilər. Lakin o, qəbul etmədi və bu zaman Allah əmr etdi ki, şəhadətindən sonra onun hərəmində olsunlar. 10. O zaman ki, zəvvar Həzrət İmam Hüseynin (ə) hərəmini mərifətlə (elmlə) ziyarət edər, o əziz ona nəzər salar və onun üçün dua edər. Atasından və babasından da onun üçün dua etməsini istəyər. Bu zaman mələklər və ondan sonra da bütün peyğəmbərlər onun üçün dua edərlər. Sonra mələklər ona əl verər və üzündə ərş nurunun nişanəsini çəkərlər ki, bu zəvvar Peyğəmbər (s) övladının və şəhidin zəvvarıdır. 11. O zaman ki, evinə tərəf qayıdar, mələklər onu müşayiət edərlər, Cəbrail (ə), Mikail (ə), İsrafil (ə) onu yola salarlar. İki gözətçi mələk onunla xudahafizləşib deyər: “Ey Allahın dostu! Sən Allahın bağışlanmağına səbəb oldun. Həqiqətən, sən Allahın və Peyğəmbərin (s) ordusundan, İmamların (ə) nurundansan. Allaha and olsun ki, nə sən cəhənnəm atəşini görəcəksən və nə də cəhənnəm atəşi səni. Nə də sənə tamah edəcəkdir”. 12. Bu ziyarətdən bir və ya iki il sonra ölərsə, mələklər cənazəsini müşayiət etmək üçün hazır olarlar. Onun üçün Allahdan bağışlanma istəyərlər. İmam Hüseyn (ə) onula görüşməyə tələsər. Həzrət Hüseyn (ə) buyurur: “Hər kim məni həyatında ziyarət edər, öləndən sonra onunla görüşəcəyəm”. 13. Əgər zəvvar yolda dünyasını dəyişərsə, mələklər bədənini müşayiət edərlər. Behiştdə onun üçün kəfən gətirərlər və kəfəni ona geyindirərlər. Onun üçün namaz qılarlar. Ayağının altını xoş ətirlərlə ətirləndirib xalça salarlar. Torpağı onun iki tərəfindən kənara çəkib, qəbrini genişləndirərlər. İlahi rəhmət qapısı üzünə açılar. Qiyamətə qədər xoş gün ona nazil olar. 14. O zaman ki, zəvvar yolda həbsə düşər və zərbə alar, İmam Sadiq (ə) buyurur: “Hər həbs olunduğu və ya zərbə aldığı günə görə Qiyamət günü şadlığı və mükafatı olar. Əgər həbs olunduqdan sonra zərbə alarsa, hər vurulan zərbəyə görə hurisi olacaqdır. Hər bir ağrıya görə min yaxşı əməlin savabı, min günahının məhv olması, min dərəcə məqamının yüksəlməsi olar. Peyğəmbərlə (s) ünsiyət qurar o zamana qədər ki, Qiyamət hesabından nicat tapar. Ərşin mələkləri ona sevgi göstərər və ona deyilər ki, hər nə istəyirsənsə de”. 15. İmam Sadiq (ə) buyurur: “Əgər Hüseyn (ə) zəvvarı ziyarət yolunda öldürülərsə, ilk damcı qanı ilə bütün günahları bağışlanar. Ürəyi yuyular və hər cür xalis olmayan şey aradan gedər və imanı artar. Allahla o halda görüşər ki, hər cür xalis olmayan şeylərdən xalisləşmiş və minlərlə din qardaşının şəfaəti ona şamil edilmişdir. Mələklər Cəbrail (ə) və ölüm mələyi ilə bir yerdə ona namaz qılarlar. Kəfənini behiştdən hədiyyə gətirərlər. Qəbrini geniş və nurani edərlər. Behişt qapılarından birini üzünə açarlar. Behişt mələkləri ona hədiyyə gətirərlər. 17 gündən sonra mələkuta qanad açar və Qiyamətin astanasına qədər Allah dostları ilə orada olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|