İnsan cümə axşamı “Kumeyl” duasını oxuyub tövbə edərsə...
Əgər insan qəflət və azğınlıq səbəbindən günahlara yol vermişsə həqiqi tövbə yolu ilə bağışlanıb, ilahi rəhmətə qovuşa bilər. Əgər insan cümə axşamı “Kumeyl” duasını oxuyub tövbə edərsə rəhmət yağışının nazil olduğu bu gecədə hökmən bağışlanar.
“Zumər” surəsinin 53-cü ayəsində oxuyuruq: “Ey özünə israfı rəva bilənlər, Allahın rəhmətindən məyus olmayın. Heç şübhəsiz, Allah bütün günahları bağışlayır. Doğrudan da O, bağışlayan və mehribandır.” Qurani-Kərimdə Allahın rəhmətindən danışan ilahi ifadələr çoxdur: “O Allah bağışlayan və rəhimdir.” (“Bəqərə”, 173.) “Allah Öz bəndələrinə qarşı mehribandır.” (“Bəqərə”, 207.) “Allah sizi Öz icazəsi ilə Cənnətə bağışlanmağa çağırır.” (“Bəqərə”, 221.) “Həqiqətən Allah bağışlayan və həlimdir.” (“Bəqərə”, 235.) “Allah böyük mərhəmət, nemət sahibidir.” (“Bəqərə”, 105.) “Allah əfv edən və bağışlayandır.” (“Nisa”, 43.) “Allah tövbələri qəbul edən və bağışlayandır.” (“Nisa”, 16.) “Allah rəhimlilərin ən rəhimlisidir.” (“Yusif”, 64.) “Həqiqətən, sənin Rəbbin çox bağışlayandır.” (“Nəcm”, 32.) Bu ayələrə diqqətlə nəzər saldıqda məlum olur ki, Allaha üz tutub günahlara görə tövbə etmək vacib, Onun rəhmətindən ümidsizlik isə haram və böyük günahdır. Oxşar xəbərlər
|