Məsumların (ə) ulduzlarla müqayisə edilməsinin hikməti nədir?
Mьəllif: admin1
Tarix: 12-11-2017, 19:51
Məsumların (ə) ulduzlarla müqayisə edilməsinin hikməti nədir?
Əgər Məsumların (ə) mübarək varlıqları olmasaydı, şübhəsiz ki, Allah Təala Öz inayətini bu dünyadan götürərdi. Bütün canlı varlıqların həyatına son verərdi.
Əmirəl-möminin (ə) buyurur: “Agah olun, Ali-Muhəmmədin (ə) məsəli – səmadakı ulduzlar kimidir”.

Bəli, İmam Əli (ə) Məsumları (ə) ulduzlara bənzədir və İmamın (ə) bu dedikləri haqqında bir qədər düşünən zaman görmək olur ki, İmamlar və ulduzlar yer əhlini hidayət etməyə, yol göstərməyə xidmət edərlər. Belə ki, keçmiş zamanlarda insanlar dəniz səyahətinə və ya səhrada səyahətə çıxan zaman ulduzların vasitəsilə yollarını tapırdılar. O gecə ki, səma buludlu olardı, yollarına davam edə bilməzdilər. Çünki əgər davam etsəydilər, yollarını azar və ölümə tərəf sürüklənərdilər.

Hər bir müsəlmanın həlakətdən nicat gəmizi – Məsumlardır (ə). Məsumlar (ə) biz müsəlmanlara haqq yolunu nişan verər, axirət xoşbəxtliyini bizlərə tanıdar və bizi hidayət edərlər. Ona görə də İmam Əlinin (ə) buyurduqları əsasında demək olar ki, Əhli-beyt (ə) – imamət və vilayət səmasında parlayan ulduz kimidirlər ki, öz müdrik təlimləri ilə səadət və xoşbəxtlik yolunu biz insanlara ən yaxşı şəkildə nişan veriblər ki, onlara əməl edərək parlayanların sonuncusunu özümüz üçün ərməğan gətirək.

İmam Baqir (ə) buyurur: “Əmirəl-möminində (ə) bu fəzilət vardı ki, nə ki deyilib – ona gərək əməl etsin və nədən ki, çəkindirilib – gərək ondan çəkinsin. Ona görə də Əmirəl-möminində (ə) həmin itaət haqqı var idi ki, Peyğəmbərdə (s) var idi. (Necə ki) Peyğəmbər (s) hər kəsdən üstündür, Əmirəl-mömininin (ə) də hər kəsdən üstünlüyü vardır. Hər kim onu qabaqlasa – həmin o kəsdir ki, Peyğəmbəri (s) qabaqlamışdır. Hər kim özünü ondan üstün bilsə - o kəsdir ki, Peyğəmbərdən (s) üstün olmaq axtarışındadır. Hər kim kiçik və ya böyük (məsələlərdə) onunla müxalifətlik edər – Allaha şirk həddində olar. Çünki Peyğəmbər (s) Allaha daxil olmaq qapısıdır ki, ondan başqası ilə Allaha üz çevirmək olmaz. Bu, həmin yoldur ki, hər kim onu gedər, Allah Təalaya çatar. Əmirəl-möminin (ə) də ondan sonra belə olmuşdur. Bu hökm bütün İmamlara bir-birinin ardınca qüvvədədir. Allah Təala onları yerin sütunu qərar vermişdir və onlar İslamın dirəkləri və onun yolunu göstərəndirlər. Hər kəs ancaq onların yol göstərməsi ilə haqqa çatar və hər kim onların haqqında səhlənkarlıq edər, yolunu azar. Yer üzündə olan hər kəsə onların axırıncısına qədər bu hökm qüvvədədir, necə ki, birincisi üçün qüvvədə idi. Bu məqama Allahın yardımı ilə çatmaq olar”.

Əmirəl-möminin (ə) buyurur: “Əgər ulduz batarsa, başqa bir ulduz onun yerinə doğar. Sanki görürəm ki, Peyğəmbərin (s) itrətinin sayəsində Allahın nemətləri sizin üçün tamamlanmışdır və siz də arzu etdiklərinizə çatmısınız”.

İmam Əli (ə) buyurur ki, İmamlardan (ə) biri dünyasını dəyişən zaman mütləq onun canişini onun yerini alar və İmamət kürsüsünü boş buraxmaz.
Şəhidlər sərvəri İmam Hüseyn (ə) bu inkarolunmaz həqiqəti bir daha təsdiq edir və buyurur: “Biz – müsəlmanların rəhbərləriyik. Allahın yer üzündəki hüccəti, möminlərin sərvəri, ağ simalıların rəhbəri və möminlərin mövlasıyıq. Biz – insanların yer üzündə amanda olmasına səbəb olarıq. Necə ki, ulduzlar səma əhli üçün amana səbəb olarlar, Allah bizim vasitəmizlə səmanı saxlamışdır ki, yerə tökülməsin, məgər Onun izni və icazəsi ilə. Bizim vasitəmizlə yeri saxlamışdır ki, əhli titrəməsin, yağış bizim vasitəmizlə yağar, rəhmət bizim vasitəmizlə genişlənər və yer öz nemətlərini xaric edər. Əgər bizim yol göstərməyimiz olmasa – torpaq, əhlini udar”.

Zərarə İmam Sadiqdən (ə) soruşur: “Mümkündürmü ki, İmam dünyasını dəyişsin, ancaq övladı olmasın?”. Həzrət (ə) buyurur: “Yox, bu cür şeyin imkanı yoxdur”. Soruşur: “Mümkündürmü ki, yer üzündə İmam olmasın?.” Buyurur: “Yox, məgər o halda ki, Allah insanlara qəzəblənər və həyatları davam etməz”.

İmam Rza (ə) buyurur: “Biz - Allahın yer üzündəki hüccətləri, bəndələri yanındakı xəlifəsiyik. Allahın sirlərinə əmin, təqva kəlməsi, Allahın şahidləri, insanlar arasında olan nişanələriyik. Allah bizim vasitəmizlə səmanı və yeri tökülməkdən saxlayır, bizim vasitəmizlə yağış yağıdırır və İlahi rəhməti dağıdır. Yer bizim rəhbərliyimizdən boş olmayacaqdır – istər zahirdə və aşkarda olsun, istərsə də gizlində. Əgər bir gün hüccətdən boş olarsa, əhlini dəniz kimi dərinə aparar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031