Allahın qəzəbinə gəlmişlərlə dost olmayın
Mьəllif: admin1
Tarix: 2-11-2022, 10:43
Allahın qəzəbinə gəlmişlərlə dost olmayın
“Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə başçı, dost və köməkçi götürməyin. Onlar kafirlər qəbir əhlin(in dirildiləcəyinə, yaxud ölmüş kafirlər savabdan və Allahın rəhməti)dən ümidlərini kəsdikləri kimi ümüdsizdirlər”. (“Mumtəhənə” 13).

Quranda bəzi insanlar göstərilib ki, Allahın qəzəbinə səbəb olublar. O cümlədən: qatillər və münafiqlərdir: “Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün cəhənnəmi hazırlayıb”. (“Fəth” 6).

Qəzəbə düçar olmuş yəhudilərdir: “Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb, Onun qəzəbinə layiq olublar”. (“Ali-İmran” 112).

Əməli olmayan alimlərdir: “Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər, Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır”. (“Ğafir” 35).

Quranın da buyurduğu kimi Qarun, Firon, Əbu Ləhəb, Bələm Baura kimi insanlar – Allahın qəzəbləndiyi insanlar olmuşdular. Onlar axirəti qəbuletməyən və Allahın rəhmətindən məyus olan insanlar olmuşdular. Bu günü düşünüb dünyadan yapışmış və öləndən sonra məhv olacaqlarını gümanetmişdilər.

Onların əqidəsinə görə, insan ancaq bu günü üçün yaşamalıdır və bacardığı qədər dünyadan ləzzət almalıdır. Sual olunmayacağınıdüşündüyü üçün deyər ki, nəfsani istəklərimi yerinə yetirmək – ən mühüm hədəfim olmalıdır. Bu yolda insanlara zülm etsəm də, insafsızlıq və ədalətsizlik etsəm də - fərq etməz. Çünki heç kəs bu əməllərin cavabını məndən istəməyəcəkdir.

Beləliklə, deyə bilərik ki, bu mübarək ayə bizə buyurur ki, Kitab əhlinin Qiyamətə etiqadı olsa da, axirət savabına ümid bəsləmirlər. Ona görə dəAllahın qəzəbinə səbəb olublar. Onların Qiyamətdəki vəziyyəti məadı inkar edən kafirlərin vəziyyətindən fərqlənməz. Bu insanlarla dostluq etmək – bəyənilməzdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031