MƏSUMLARIN NAMAZLARI
Mьəllif: admin1
Tarix: 2-11-2022, 10:55
MƏSUMLARIN NAMAZLARI
Din övliyalarının və məsumların necə namaz qılması onların ardıcılları üçün ilhamverici dərs və nümunədir. Buradaca onların namazlarından bəzi nümunələrə işarə edək:

Azan sədası Allahın rəsulu (s) üçün o qədər sevimli və cazibəli idi ki, azan zamanı Bilala buyururdu: “Ey Bilal, bizi qüssə-kədərdən xilas et.”

Həzrət (s) buyurdu: “Hər kəs azan sədasını eşidib etina göstərməsə, zülm etmişdir.” (“Nəhcül-fəsahə”, 132-ci cümlə.)

Namaz zamanı həzrət Əlinin (ə) rəngi qaçırdı, o titrəyir və deyirdi: “Namaz vaxtı çatmışdır. Allahın göylərə, yerə və dağlara verdiyi, lakin onların qorxub qəbul etmədiyi əmanətin vaxtı!” (“Təfsiri Safi”, 2-ci cild, səh.370.)

İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.

Şair deyir:

Səma götürmədi bu əmanəti,

İnsana yazdılar bu ləyaqəti.

İmam Səccad (ə) namazda “maliki yəvmid-din” cümləsini o qədər təkrar edirdi ki, baxanlar onun can verdiyini düşünürdülər. (“Bihar”, 84-cü cild, səh.274.)

O, səcdədə tər içində olurdu.

İmam Baqir (ə) buyurur: “Atam imam Səccad (ə) gecə və gündüz ərzində min rəkət namaz qılırdı.” (“Vəsail”, 1-ci cild, səh.68.)

Allahın rəsulu (s) namaz vaxtı çatarkən elə bil heç kəsi tanımırdı və xüsusi mənəvi halda olurdu. (“Bihar”, 84-cü cild, səh.258.)

O buyurdu: “Ac yeməkdən, susuz sudan doyur. Lakin mən namazdan doymuram.” (“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.174)

Həzrət Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: “İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram.” İbn Abbas dedi: “İndi?” Həzrət (ə) buyurdu: Bəli! (“Səfinətul-bihar”, 2-ci cild, səh.44.)

Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəlik üçün daha da həvəslənirlər.

Nəql olunur ki, mərhum Əllamə Əmini (“Əl-Ğədir” kitabının müəllifi) ramazan ayı həzrət Rizanın (ə) pak hərəmində hər gecə 1000 rəkət namaz qılırdı... (Nəql edən:

Ayətullah Mirvarid; Məşhəd) İlahi övliyaların məktəbində eşq və məhəbbət dərsi öyrənənin yolu budur. Azad bəndələr və ilahi övliyalar namaz zamanı eşqlə namaza durar, ətirlənər, ən yaxşı paltarlarını geyərlər.

Onların rəngləri dəyişər və namazın istiqbalına çıxarlar. Onlar Allahın inayətinə çatmamaqdan və ya namaz zamanı təvazö və qəlb iştirakından uzaq olmaqdan qorxarlar.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031