"Leylətul-məbid" və Hz. Əli (ə) fədakarlığı
Hz. Əlinin (ə) İslam yolundakı əməyi və fədakarlığı yazmaqla, deməklə bittməz. Bu böyük şəxsiyyət bütün ömrünü Allah dininin bərqərar olmasına və insanların nadanlıq və cəhalət girdabından xilas olmasına həsr edib. Şərəfli ömrünü də nadanların çirkin əlləri ilə başa çatdırıb. Xəvaric adlı bir dəstə nadan və təəssübkeş insanların əli ilə mehrabda namaz üstə şəhid edili
“Leylətul-məbid” yataq yeri mənasındadır ki, Əli (ə) hicrətin ilk gecəsində Peyğəmbərin (s) yatağına uzanıb müşrüklərin diqqətini dağıtdı. Peyğəmbəri (s) qətlə yetirmək istəyən silahlı dəstə gecənin yarısını gözləyirdilər ki, gec saatlarda sakitlikdə hücum edib o Həzrəti (s) qılınc və nizələrlə yatağında vursunlar. Onlar gecənin yarısını gözlədikləri müddətdə artıq Peyğəmbər (s) Məkkədən uzaqlaşmıçdı. Silahlılar evə girib yatağa doğru hücum edəndə o pak yatağda Əli (ə) ilə qarşılaşdılar. Təəccübdən yerlərində donub qaldılar. Bu hadısə Hz. Əlinin (ə) risalət yolunda fədakarlığı idi. Bütün Şiə və bir çox Əhli-Sünnə alimləri bu hadisəni təsdiq edir və Bəqərə surəsinin 207-ci ayəsinin şəni nuzulunu (nazil olma səbəbini) bu hadisə ilə əlaqəli olduğunu təsdiq edirlər: “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” (Bəqərə-207). Hz.Əli (ə) bu gecə Peyğəmbərin (s) canını qorudu. Allah Rəsulu (s) Məkkədən Mədinə şəhərinə hicrət elədi. Bu hicrətlə gələcəkdə bütün dünyanı bürüyəcək, yeni formalaşmaqda olan kiçik islami cəmiyyətin əsası qoyuldu. Həmçinin bu hicrətlə yeni islami eranın başlanğıc mərhələsi öz kiçik addımları ilə tərəqqiyə doğru vüsət alıb genişlənməyə başladı. “Leylətul-məbid” hadisəsinin İslam dininin çiçəklənməsi və geniş şəkildə vüsət almasında xüsusi, mühüm yeri vardır. Y.Nuriyev Oxşar xəbərlər
|