Məzlumun müdafiəsi
Mьəllif: admin1
Tarix: 24-11-2017, 16:37
Məzlumun müdafiəsi
İmam Baqir (ə) buyurur: “Əmirəlmöminin (ə) çox isti bir gündə evinə gedərkən yolda ərindən şikayətlənən bir qadın gördü. O deyirdi ki, əri onu döyəcəyinə and içib. Həzrət buyurdu: “Ey Allahın kənizi! Səbr et hava sərinləşsin, mən Allahın razılığı üçün səninlə gedərəm.” Qadın dedi: “Yubansam ərim daha çox qəzəblənər.” Həzrət buyurdu: “And olsun Allaha! Məzlumun haqqını alanadək (evə getmərəm)! Evin haradadır?” Qadın yolu göstərdi. Həzrət Əli qadınla birlikdə onun evinə üz tutdu. Qapının kənarında dayanıb dedi: “Salam olsun sizə!” Evdən bir gənc çıxdı. Həzrət buyurdu: “Ey Allahın bəndəsi! Allahdan qorx, sən bu qadını qorxudub evdən qovmusan.” Gənc dedi: “Bu məsələnin sənə aidiyyatı yoxdur. And olsun Allaha, danışdığı sözlərə görə onu odda yandıraram!” Əmirəlmöminin (ə) buyurdu: “Mən səni yaxşılığa dəvət edir, pislikdən çəkindirirəm. Sən isə mənimlə pis davranırsan.” Həmin vaxt yoldan ötənlər ayaq saxladı. Onlar Əmirəlmömininə (ə) salam verirdilər. Gənc oğlan Əmirəlmöminin adını eşidib həzrətin əlindən tutdu və dedi: “Ya Əmirəlmöminin (ə)! Səhvimi bağışla! And olsun Allaha, zövcəm üçün torpaq olaram, üstümdən keçər.” Həzrət buyurdu: “Ey Allahın kənizi! Evinə daxil ol, ərini bu vəziyyətə gətirmə!” (“Əl-mənaqib”, 2-106)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930