İmam (ə) insanların mənəvi dərəcələrini gözəl şəkildə belə bəyan etdi
Mьəllif: admin1
Tarix: 26-11-2017, 14:10
İmam (ə) insanların mənəvi dərəcələrini gözəl şəkildə belə bəyan etdi
İnsan mənəviyyat baxımında daima ucalan, yüksələn bir varlıqdı. Onun şəxsiyyət və insanıyyəti məhz mənəviyyatı ilə təyin edilir. Öz mənəvi dünyasını “abad” edən insan həqiqi şəxsiyyətini kəşf etmiş, əldə etmiş insan hesab olunur.

Necəki Qurai Kərimdə “ Sizin ən üstnünüz Allahdan çox qorxanınızdır (tqvalı olanınız)” (Hucurat-13) deyə buyurulur. Yəni Allahın əmrlərinə itaət edən, ilahi mərifət əldə edən kəsdir.

İmam Həsən Əskəri (ə) öz gözəl hədisində insanların fəzilət və dəyər baxımından dərəcələrini bəyan edərək bu sifətləri bəyan edir:

İnsanların ən imanlısı şübhəli işlər zamanı çəkinən, ehtiyat edəndir.

İnsanların ən abidi vacibatı yerinə yetirəndir.

İnsanlarin ən zahidi haramdan çəkinəndir.

İnsanların ən çalışqanı (ən diqqətlisi) günahları tərk edəndir. (Tuhəful-uqul. S-489)

Təqva, abidlik, zahidlik, çalışqanlıq və mübarizlik bütün bunlar insani keyfiyyətlərdir ki, öz sahibinin şəxsiyyətində cəm olaraq onu formalaşdırır. Bütün bunlar insanda təqva sifətini hasil edir ki, Qurani Kərimin də buyurduğu kimi insanı Allah yanında daha əziz və dəyərli edir. İfrata və təfritə varmadan bu buyrulanlar kifayət edir ki, insan rəbbinin rizasın əldə etsin.

Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930