ƏN YAXŞI DOST KİMDİR?
Mьəllif: admin1
Tarix: 16-11-2021, 22:34
ƏN YAXŞI DOST KİMDİR?
Münasib dostu seçməyin çətinliyi, yaxşı və pis dostun insana göstərə biləcəyi mənfi və müsbət təsirləri nəzərə alaraq, İslam qaynaqlarında dostu seçməyin meyarlarını bəyan edən fəsillərə yer verilmiş, əxlaq ustadları münasib dostun xüsusiyyətlərini sadalamışlar.

O cümlədən, Allah Rəsulundan (s) soruşanda ki, ən yaxşı dost kimdir, cavabında buyurur:

مَنْ ذَكَّرَكُمْ بِاللَّهِ رُۆْیَتُهُ وَزَادَكُمْ فِی عِلْمِكُمْ مَنْطِقُهُ وَذَكَّرَكُمْ بِالاْخِرَةِ عَمَلُهُ

“O kəsdir ki, görüşü Allahı sizə xatırladır, danışığı elminizi artırır və əməli axirəti sizin yadınıza salır.” (“Biharul-ənvar”, 71-ci cild, səh.186.)

Həzrət İsanın (ə) səhabələri ondan soruşanda ki, kiminlə oturub-duraq, cavabında deyir: “O kəslə oturub-durun ki, onu görməyiniz Allahı sizin yadınıza salsın, əməli sizi axirətə müştaq etsin və elmi sizin əqlinizi, məntiqinizi artırsın.”

Həmçinin onlara buyurur: “Günah əhlindən uzaqlaşmaqla Allaha yaxınlaşın, günahkarlarla düşmən olmaqla Allahla dost olun və onları qəzəbləndirməklə Allahın rizayətini qazanın.” (“Biharul-ənvar”, 18-ci cild, səh.189.)

Qurani-Kərim, peyğəmbərlərin yolundan çıxmaqla özünə və başqalarına sitəm edərək Allahın qəzəbinə gəlmiş ziyankarın dilindən belə buyurur:

يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا. لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا

“Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim! And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı.

Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).” (“Furqan” surəsi, ayə 28-29.)

Bu qəbildən olan ayələr dəlalət edir ki, insanın azğınlığına səbəb olan amillərdən biri də yararsız və namünasib dostlardır.

Buna görə də, tapşırılır ki, mömin batini çirkin adamlardan və günah üstündə düzənlənmiş məclislərdən uzaq olsun.

Əlbəttə, insanlar hamısı bir cür deyillər. Bəziləri elə möhkəm iradəyə malikdirlər, özlərini elə hazırlayıb bərkitmişlər ki, hər hansı şəraitdə təsir altına düşmürlər, əksinə qarşı tərəfi təsir altına alırlar.

Amma bəziləri iradənin süstlüyündən, imanın zəifliyindən, hər kimlə oturub-qalxsalar qarşı tərəfin rəngi-ruhunu mənimsəyirlər. Bunun üçün də, insan kiminlə oturub-durduğuna diqqət etməlidir.

Deməli, hər bir şəraitdə camaat arasında olduqda, əgər onlarla oturub-durmaq Allahı bizim yadımıza salırsa, onunla oturub-durmaqla bizim elmimiz artırsa, onların köməyi ilə həyatın düzgün yolunda rahat qədəm götürə biliriksə, məlumdur ki, belə əlaqələr tərbiyəvi və lazımlıdır; amma bundan qeyri surətdə camaat arasına qatılmalar əks və xoşagəlməz nəticələr verəcəkdir.

Deməli, mütləq şəkildə deyə bilmərik ki, hər görüş yaxşıdır və insan hər məclisə gedib hər kəslə oturub-durmalıdır. İnsan gülərüzlüyü, xoşrəftar olmağı bəhanə edib hər kəslə əlaqə yaratmamalıdır. Həqiqətdə, bu fikirlərlə insan özünü aldatmış olur.

Rəvayətlərin birində Peyğəmbər (s) buyurur:

أُنْظُرُوا مَنْ تُحادِثُونَ، فَإِنَّهُ لَیْسَ مِنْ أَحَد یَنْزِلُ بِهِ الْمَوْتُ إِلاّ مُثِّلَ لَهُ أَصْحابُهُ إِلى اللّهِ، فَإِنْ كانُوا خِیاراً فَخِیاراً وَإِنْ كانُوا شِراراً فَشِراراً...

“Baxın görün, kiminlə həmsöhbət olursunuz (yoldaşlıq edirsiniz), çünki hər kəsin ölümü çatanda Allahın hüzurunda dostlarını onunla qarşı-qarşıya qoyarlar.

Əgər dostları yaxşı dəstədən olsalar, onu da yaxşıların sırasında yerləşdirərlər, əgər pislərdən olsalar, o da həmin zümrədə yer tutar.” (“Üsuli-kafi”, 4-cü cild, səh.451; “Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, səh.137-139.)

Maide.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930