Ruzinin artmasına səbəb olan 40 əməl
1-Təqvalı olmaq və günahlardan çəkinmək:
Allah-təala buyurmuşdur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onların qazandıqlarına görə məhv etdik.”[1] 2-Tövbə etmək və Allahdan bağışlanmaq diləmək: İmam Əli (ə) buyurmuşdur: “Allah-taala bir vasitə kimi ruzinin və mərhəmətin artmasında tövbə və Allahdan bağışlanmaq diləməyi insanlar üçün təyin etmişdir.” 3-Gündə yetmiş dəfə “Ya ğəniyyu, ya kafi, ya fəttahu, ya raziq” demək. 4-Hər gün yüz dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd və əccil fərəcəhum vəhşurna məəhum vələn ədaəhum” demək. 5-Gündə otuz dəfə “Subhanəllahu və bihəmdihi, subhanəllahul-əzimu və bihəmdih” demək. 6-Hər gün sədəqə vermək. Əlbəttə, sübh və işa namazından sonra sədəqə vermək daha yaxşıdır. 7-Sübh namazından sonra “Yasin”, “Taha” və “Mülk” surələrini oxumaq. 8-Gündə qırx dəfə “Əl-əziz” demək. 9-Oruc tutmaq (xüsusilə “Şəban” ayında). 10–“Ma şaəllahu la hovlə və la quvvətə illa billah” zikrini çoxlu demək. 11-Hər gecə işa namazından sonra “Vaqiə” surəsini oxumaq. 12-Süfrədəki yemək qalıqlarını yemək. 13-Hər gün yüz otuz dörd dəfə “Əs-səməd” demək. 14-Namazların (xüsusilə sübh və əsr namazlarının) təqibatını (namazdan sonrakı duaları) oxumaq. 15-Allaha təvəkkül edib, Onun lütf və mərhəmətinə and vermək. 16-Müstəhəbbi namazlar (xüsusilə sübh namazının nafilələrini və gecə namazını) qılmaq. 17-Ata-ana və başqaları üçün dua etmək (xüsusilə süfrə başında əyləşəndə). 18-Dəstəmaz alıb üzü qibləyə oturan halda, (arada fasilə vermədən) üç dəfə “Təlaq” surəsini oxumaq. 19-Dünya malına həris olmamaq, xums və zəkat vermək. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver.” 20-Mömin qardaşının istəyini yerinə yetirmək. 21-Gündə on dörd, yaxud yüz dəfə “Əl-vəhhab” demək. 22-Azan verən şəxs azan verəndə, onu zümzümə etmək (astadan təkrarlamaq). 23-Hər gün “Qədr” surəsini oxumaq. 24-Gecə namazı qılmaq. 25-Həmişə dəstəmazlı olmaq. 26-Gündə otuz dəfə “Subhanəllah” demək. 27-Qonaqlıq vermək. 28-Gündə yüz dəfə “La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək. 29-Az danışmaq və yalanı tərk etmək. 30-Qohumluq əlaqələrini kəsməmək. 31-Əmanətə vəfalı olmaq. 32-Bığı və dırnaqları qısaltmaq. 33-“Hər gün yüz yetmiş üç dəfə “Əl-lətif” demək. 34-Ayaq yolunda danışmamaq. 35-Yeməkdən qabaq dəstəmaz almaq. 36-Namazı xüzu halında qılmaq. 37-Camaat namazında iştirak etmək. 38-Azandan qabaq məscidə getmək. 39-Yersiz və boş sözlər danışmamaq. 40-Allahın verdiyi nemətlərə şükr etmək. [1] “Əraf” surəsi, 96-cı ayə. www.ahliman.info Oxşar xəbərlər
|