Azan-iqamədə Əliyyən Vəliyullah kəlməsi - Müstəhəb, bidət yoxsa şüar?
Mьəllif: admin1
Tarix: 26-11-2021, 21:51
Azan-iqamədə Əliyyən Vəliyullah kəlməsi - Müstəhəb, bidət yoxsa şüar?
Bəziləri Əliyyən vəliyullah şəhadətinin əvvəldən azanda olduğunu, amma bu şəhadətin Peyğəmbərin zamanında yalnız yaxın səhabələr tərəfidnən dilə gətirildiyini deyirlər. Bəziləri onun sonradan azana daxil edildiyini desələr də onun zamanını təyin edə bilmirlər.

Görünən budur ki, Bəni-Üməyyə dövründə xütbələrdə İmam Əliyə söyüşlərin verilməsi, İmam Əlinin əsərlərinin məhv edilməsi səbəb oldu ki təqiyyə zamanı bitəndən sonra şiələr Əliyyən vəliuyyullah-ı ehya etsinlər. Əlbəttə bu şəhadətin ehya edilməsində İmamların da tövsiyəsi var.

Azan və iqamədə “Əliyyən vəliyullah” şəhadətinin deyilməsinin vacibliyi ya müstəhəb olması haqda sualı cavablandırır. Bəzən də bu sual nisbətən fərqli formada verilir. “Əliyyən vəliyullah” əvəzinə sonuncu imamın adını çəkmək olmazmı, deyə bir qrup insan sual verir.

İlk öncə azan və iqamədə bu şəhadətin deyilməsinin doğru olub, olmamasına baxaq. Hədislərdə gəlib ki, Allahın təkliyinə və peyğəmbərin (s) risalətinə şəhadət verdiyiniz zaman Əlinin (ə) imamət və rəhbərliyinə də şəhadət verin.

Bu hədisi Şeyx Təbərisi öz “İhticac” kitabında qeyd edib. Qasim ibn Müaviyənin İmam Sadiqdən (ə) etdiyi hədisdə deyilir: “Sizdən hər biriniz Allahın təkliyinə, Peyğəmbərin (s) risalətinə şəhadət verəndə, gərək Əliyən Vəliyullah desin”. (Təbərisi. İhticac . C-1. S-158).

Bu şəhadətin azan və iqamədə deyilməsinin şəri hökmünə gəlincə bütün fəqihlərin bu barədə nəzəri budur ki, bu şəhadəti azan və iqamədə demək vacib deyil. Hər kəs bunu vacib niyyəti ilə desə bidət etmiş olur.

Hətta bəzi fəqihlər bu şəhadətin deyilməsini müstəhəb olduğuna, bəzilərinin isə rəca (ümüd) qəsdi ilə deyilməsinə qaildirlər. Əllamə Məclisi bu mövzuya toxunaraq deyir:

“Azanda vilayətə şəhadət verilməsinin müstəhəb olması uzaq nəzər deyil. Həmçinin Şeyx Tusi, Əllamə Hilli, Şəhid və digərləri də bunun xəbərlərdə bizə gəlib çatdığını təsdiq edirlər”. (Bihar. c-84. Səh-111)

Bəzi fəqihlər bu şəhadətin deyilməsini Peyğəmbərin (s) risalətinin tamamı kimi də hesab etmişlər. Hətta Ayətullah Seyyid Sistani də bu məsələyə işarə edib. (Minhacus-salihin. C-1. S- 191).

Bu şəhadətin nə zamandan deyilməsinə gəlincə isə bunun tam, dəqiq bir cavabı yoxur. Hətta bu bərədə bəzi sünni mənbələrində qeyd olunub ki, “Əliyən Vəliyullah” şəhadəti peyğəmbər zamanında da deyilib.

Amma tam geniş yayılmayıb. Yalnız bəzi səhabələr deyib. Əhli-sünnə alimi Məraği Misri özünün “Əs-səlafətu fi əmril-xüləfa” kitabında (səh-32) bu barədə rəvayətlər qeyd edib. O Əbuzərin və Salmanın belə dediklərini rəvayət edib.

Amma nə zamandan geniş şəkildə yayılmasına gəlincə isə Mirzə Cavad Təbrizi qısa şəkildə belə cavab verib: “Əliyən Vəliyullah, şiə məzhəbi təqiyyədən çıxdıqdan sonra yayıldı”. Bu da o deməkdir ki, islamın ilkin vaxtlardan olub, amma yayılması isə zaman-zaman, mərhələ-mərhələ olub.

Niyə şəhadətdə hər zəmanənin öz imamının (ə) adı çəkilmir sualına gəlincə isə, Seyyid Əli Xameneyinin və Ayətullah Cavad Təbrizinin verdiyi cavabda axtarmaq olar. Onlar buyurur: “Bu məzhəbin şüardır”.

Bu da o deməkdir ki, məsələnin kökünü zəmanə imamında axtarmaq anlayışı doğru istiqamət deyil. Əslində bu məsələyə ümümi məzhəbi baxışdan baxmaq lazımdır. Çünki bu şüar zəmanə imamını təsdiq etmək deyil, Əhli-beytin(ə) imamətini, şiə təfəkkür və ideologiyasını təsdiq etmək, Peyğəmbərin (s) vəfatı ilə Səqifədə əsası qoyulmuş xəlifə seçmək ənənəsinə qarşı çıxmaq, canişinlik məqamına Əli (ə) və övladlarının daha layiq olduğunu iqrar etməkdir. Bir sözlə Qədr-Xumu təsdiq etməkdir.

Şəhadətdə hər zəmanənin imamının öz adı çəkilməlidir ifadəsi sanki diqqətləri “kök”dən qoparmağa yönəldilmiş məkirli hiyləyə bənzəyir ki, bu da Səqifəyə, Qədr-Xuma olan diqqəti yayındırır. Halbuki İslamda peyğəmbərlik və canişinlik məsələsi tohid və Quran qədər önəmlidir. Çünki bunlar hamısı ümümilikdə bir İlahi əmrdir!
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031