İmam Zamana (ə.f) niyə Bəqiyyətullah deyilir?
Mьəllif: admin1
Tarix: 1-12-2017, 13:19
İmam Zamana (ə.f) niyə Bəqiyyətullah deyilir?
Quran buyurur: «Əgər imanınız olsa, (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)». (“Hud” 86).

Bu ayədə “Bəqiyyətullah” dedikdə Allahın sizin üçün saxladığı şey nəzərdə tutulmuşdur. Bu saxlanılan xeyirli şey ya halal və az ruziyə işarə edir, ya da həmişə qalıcı olan mənəvi savablara işarə edir.

Bu sözün ardınca Allah Təala buyurur ki, əgər mömin olsanız, bu həqiqəti dərk edərsiniz. Yəni, Allaha və onun hikmətinə imanınız olsa o zamanBəqiyyətullahı dərk edə bilərsiniz.

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Məhdinin (ə.f) qiyamından sonra dediyi ilk söz həmin ayə olacaqdır. Sonra buyuracaqdır: “Mən –Allahın saxladığı şey, Onun hüccəti və Onun canişiniyəm. Heç kəs Məhdiyə (ə) salam verməz, məgər o halda ki, deyər: Əssəlamu əleykə, yaBəqiyyətullahi fi ərzihi”.

Bu hədisdən ayənin dərin mənasına varmaq olur. Baxmayaraq ki, bu ayə Şuəybin (ə) qövmünə işarə edir və saxlanan şey deyildikdə onlarınsərmayəsi nəzərdə tutulur, ancaq məhz Bəqiyyətullah sözünün başqa dərin mənalara malik olduğunun da şahidi oluruq. Həmçinin o kəslər ki, bəşərin xeyri üçün Allah tərəfindən saxlanılmış və ehtiyat görülmüşdür. O cümlədən: bütün peyğəmbərlər (ə), İmamlar (ə), həqiqi rəhbərlər kimi.

Ancaq hər bir halda Bəqiyyətullah sözünün əsil mənası İmam Zamanda (ə.f) təcəlli edir. Ona görə də İmamın (ə.f) layiqli ləqəblərindən biri də məhz Bəqiyyətullahdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930