İmam Əlinin (ə) misilsiz səxavəti qarşılığında nazil olan surə
Musa ibni İsa Ənsari nəql edir: “Əsr namazından sonra İmam Əli (ə) ilə əyləşmişdim. Bir nəfər Həzrətin (ə) xidmətinə gəlir və deyir: “Ya Əli! Xahişim vardır. İstəyirəm ki, mənimlə hərəkət edəsiniz və istəyimi yerinə yetirəsiniz”.
Buyurdu: “Sənin işin nədir?”. Dedi: “Mən bir şəxslə qonşuyam. Qonşunun həyətində bir xurma ağacı vardır ki, bəzən külək əsəndə onun yetişməmiş meyvələrini bizim həyətə atır. Mən də, uşaqlarım da ondan yeyirik. İndi istəyirəm ki, siz vasitə olasınız ki, o, məni bağışlasın”. İmam (ə) mənə buyurdu: “Hərəkət et, birlikdə gedək”. Xurma ağacını sahibinə çatanda İmam Əli (ə) salam verdi. O da cavabını verdi. İmamı (ə) görüb, çox sevindi. Dedi: “Ya Əli! Hansı məqsədlə gəlmisən?”. Buyurdu: “Bu kişi evində əyləşir və malik olduğun xurmadan yeyir. Xurma, daş və ya çubuqla vurmadan külək və ya quşlar tərəfindən tökülür. Gəlmişəm, xahiş edəm ki, onu halal edəsən”. Xurma ağacının sahibi imtina etdi. İmam ikinci dəfə xahiş etdi. Yenə qəbul etmədi. Üçüncü dəfə deyəndə, İmam (ə) buyurdu: “Allaha and olsun ki, Peyğəmbər (s) tərəfindən zamin oluram ki, bu işin qarşılığında Allah sənə behiştdə bağ inayət edəcəkdir”. Yenə də qəbul etmir. Hava qaralmağa başlayırdı. İmam Əli (ə) buyurdu: “Bu evi mənim filan bağım qarşılığında satırsanmı?”. Dedi: “Bəli”. Buyurdu: “Allahı və Musa ibni İsanı şahid tuturam ki, filan bağımı bütün ağacları və malları ilə birlikdə sənin bu evin qarşılığında satdım. Razısanmı?”. (Həvzəh) Xurma sahibi inanmır ki, İmam (ə) belə bir müamilə edə bilər. Dedi: “Mən də Allahı və Musa ibni İsanı şahid tutaram ki, bu evi o bağ qarşılığında satdım”. İmam (ə) üzünü onun qonşusuna çevirib buyurdu: “Evə rəsmi şəkildə malik ol, Allah sənə bərəkət versin, sənə halal olsun”. Bu zaman azan səsi eşidildi. Məğrib və işa namazlarını Peyğəmbərlə (s) birlikdə məsciddə qıldıq və sonra hər kəs öz evinə hərəkət etdi. Sabahısı gün sübh namazından sonra Peyğəmbər (s) təqibatla məşğul idi. Cəbrayil (ə) nazil oldu və Peyğəmbər (s) vəhyi sona çatdırandan sonar üzünü səhabələrə çevirib buyurdu: “Sizlərdən hansınız gecə vaxtı yaxşı əməl yerinə yetirmişdir? Özünüz deyirsiniz, yoxsa mən deyim?”. İmam Əli (ə) buyurdu: “Siz deyin”. Həzrət Peyğəmbər (s) buyurdu: “İndi Cəbrayil (ə) mənə nazil oldu və dedi: “Keçən gecə Əli ibni Əbitalib (ə) layiqli bir iş görmüşdür”. Soruşdum ki, hansı işi? Dedi: “Bu surəni oxu”. Sonra “Ləyl” surəsini oxudu. Üzünü Əliyə (ə) çevirdi və buyurdu: “Sən behişti təsdiq etdin, evi o kişiyə bağışladın və bağını verdin?”. Buyurdu: “Bəli”. Həzrət Peyğəmbər (s) buyurdu: “Bu surə sənin barəndə nazil olmuşdur”. Sonra İmam Əlinin (ə) alnından öpdü və buyurdu: “Mən sənin qardaşınam, sən də mənim qardaşımsan”. /Deyerler.org/ Oxşar xəbərlər
|