“İlahi, iftixar üçün Sənin bəndən olmağım bəs edər”
Şübhəsiz ki, şəri hökmlər və ilahi göstərişlərin fəlsəfəsi və dəlili vardır. Lakin bütün ilahi göstərişlərin və hökmlərin iqtisadi, tibbi və elmi dəlillərini axtarmaq lazım deyil.
Müsəlman vəhy göstərişinə təslim olmalıdır. Mütləqiyyət və hikmət sahibi olan Yaradan qarşısında təslimçilik və qəbul ruhiyyəsi insan üçün kamal sayılır. Bəzi göstərişlər bəndəlik və təslim ruhiyyəsinin imtahanı üçündür. İsmaili qurban etmək üçün Allahın İbrahimə (ə) verdiyi göstəriş bunun bir nümunəsi və kamil bəndəlik nişanəsidir. Necə ki, həmişə harayasa getmək üçün yola çıxmırıq. Bəzən yol getmək özü məqsəddir. Məsələn, gəzinti və ya qaçışda məqsəd harasa getmək yox, idman etməkdir. Bəzən ibadi göstərişlər və ilahi hökmlərdə məqsəd qarşı tərəfin təslimçiliyi, göstərişləri qəbul etməsi, Allahın razılığını qazanması və yalnız Ona itaət etməsi üçün hazırlıqdır. İbadətin məqsədi insan ruhunun tərbiyəsidir. Necə ki, fiziki hərəkətlər cismin tərbiyəsi üçündür. İmam Səccad (ə) və imam Əli (ə) buyurur: “İlahi, iftixar üçün Sənin bəndən olmağım bəs edər.” “Şəbaniyyə münacatı”nda oxuyuruq: “İlahi, əgər məni cəhənnəmə atsan, cəhənnəm əhlinə deyəcəyəm ki, mən Səni sevirəm!” Həzrət Əli (ə) bildirir ki, İlahi, mənim ibadətim behişt tamahı və ya cəhənnəm qorxusundan yox, Səni ibadətə layiq bildiyim üçündür. İlahi övliyalar Allaha ibadətdən ləzzət alırlar. Günahkarlar isə Allahı düşünmək və ibadətin şirinliyindən məhrumdurlar. Bəzən bir şəxs maddi təmənnasız kiməsə xidmət göstərmək istəyir. Həmin şəxsiyyətə xidmət onun üçün dəyərli məqsəddir. O hətta elm kəsb etmək və ya ictimai mövqeyə çatmaq haqda düşünmür. Böyük şəxsiyyətlərlə yaxın olmaq, onlarla birlikdə şəkil çəkdirməkdən fərəh hissi duyanlar çoxdur. Baxmayaraq ki, onların bu işdə heç bir mənfəəti yoxdur. Təkcə bu yaxınlıq onlar üçün sevimlidir. İnsanlar üçün bu dünyada bu növ işlər qiymətlidirsə, Allaha bəndəlik, Onun hüzurunda olmaq iftixar sayılmazmı?! Oxşar xəbərlər
|