İnsana rahatlıq verən 4 zikr
İmam Sadiq (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, dörd şeydən qorxar, necə dörd şeyə pənah aparmaz ki?
1. Təəccüb edirəm o kəsə ki, qorxu ona qələbə çalmışdır, necə bu zikrə pənah aparmır ki? حَسْبُنَا اللَّهُ وَ نِعْمَ الْوَكيلُ "Həsbunəllahu və ni'məl-vəkil" - "Bizə Allah kifayətdir və O, gözəl vəkildir" ("Ali-İmran" surəsi, 173-cü ayə) 2. Təəccüb edirəm o kəsə ki, qəmgindir, necə bu zikrə pənah aparmır ki? لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ "Lə iləhə illə ənt. Subhənəkə inni kuntu minəz-zalimin" - "(Allahım!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam". ("Ənbiya" surəsi, 87-ci ayə) 3. Təəccüb edirəm o kəsə ki, hiylə və məkrə məruz qalmışdır, necə bu zikrə pənah aparmır ki? أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ " Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir". ("Ğafir" surəsi, 44-cü ayə) 4. Təəccüb edirəm o kəsə ki, dünyanı və onun gözəlliklərini istəyir, necə bu zikrə pənah aparmır ki? مَا شَاءَ اللَّهُ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ "Maşəallah lə quvvətə illə billəh" /Deyerler.org/ Oxşar xəbərlər
|