Müsəlman elm əldə etməlidir ki, qüdrətə çatsın
Allahın insan fitrətinə qoyduğu fəzilətli sifətlərdən biri də öyrənmək həvəsi və meylidir ki, heç azalmaz, əksinə getdikcə daha da artar. İnsan bu vadidə nə qədər seyr edərsə, susuzluğu da bir o qədər çox olar.
Əmirəl-möminin (ə) buyurur: “Elm – üstün qüdrət mənbəyidir. Hər kim əldə edər – qalib gələr. Hər kim əldə etməz – başqaları ona qalib olarlar”. Elm və qüdrət bu gün bəşərin hərəkət etmək mənbəyidir. Əgər alçaq xislətlilərin əlinə düşərsə, ondan sui-istifadə edərək, bəşəri məhv etməyə çalışarlar. Qətl edər və insanlara təcavüz edər, silahlar düzəldib ölkələri viran edər. Birinci və ikinci dünya müharibələri kimi. Bu müharibələrdə milyonlarla insan can verdi və hamısının da səbəbi – elmə malik olan insanların qüdrəti yanlış məqsədlər üçün istifadə etməkləri olmuşdur. İmam Əlinin (ə) də buyurduğu kimi, müsəlman çalışmalıdır ki, elmi onu qüdrətə çatdırsın və digər bəşəri ötüb keçsin, nəinki başqaları qüdrət əldə edib ona hakim olsunlar və zülmə məruz qalsın. Qüdrət məhz elm vasitəsilə əldə olunar. Ona görə də müsəlman öz mənliyini, İslami şəxsiyyətini qorumaq üçün elmə yiyələnməli və başqalarına ötüb, qüdrətə çatmalıdır. Ancaq bu halda İslami dəyərləri qoruya bilər. Ali dini Rəhbər İmam Əlidən (ə) gələn bu hədisin şərhində buyurmuşdur: “Elm iqtidara səbəb olar. Qüdrət – hərbi qüvvə yaradandır, qüdrət – siyasət yaradandır. Yəni, məsələ iki tərəflidir. Əgər elmimiz olsa, daha ali sözlər danışa bilərik. Daha üstün əlimiz olar. Əgər malik olmasaq, etidal həddi yoxdur. Hər kimin elmi olar, onun sizin üzərinizdə üstün qüdrəti olar. Sizin bütün işlərinizə qarışar. Taleyinizə qarışar. İslam maarifində bu kimi sözlər çoxdur”. /Deyerler.org/ Oxşar xəbərlər
|