İmam Zamanın (ə.f) qiyamında qadınların rolu
İmam Sadiqin (ə) ən yaxın şagirdlərindən olan Məfzəl nəql edir: “İmam Sadiq (ə) buyurmuşdur: “O zaman ki, Həzrət Məhdi (ə.f) zühur edəcəkdir, onunla birlikdə 13 qadın olacaqdır”.
Soruşdum: “Bu qadınlar nə üçün Həzrətlə (ə.f) birlikdə olacaqlar?”. Buyurdu: “Yaralıların yarasını bağlamaq və xəstələrə xidmət etmək üçün. Necə ki, Peyğəmbərlə (s) də birlikdə olmuşdular”. Əgər tarixə nəzər salsaq görərik ki, Peyğəmbərin (s) etdiyi müharibələrdə qadınlar da iştirak etmişdilər. Onlar yaralılara yardım etmiş, bundan başqa əsgərlərə su daşımış və cəbhə arxasında başqa köməklər də etmişdilər. İmamın (ə.f) qiyamında da belə qadınlar olacaqdır. Həmçinin hədislərdə oxuyuruq ki, İmam Zaman ağaya (ə.f) qiyam etməkdə yardım edən 313 nəfərin 50 nəfəri qadın olacaqdır. Bu qadınlar çox güclü imanı möminələr olacaq, iffət, izzət, namus və əxlaqda nümunəvi durumda olacaqlar. /Deyerler.org/ Oxşar xəbərlər
|