Niyə dinimizdə qəssablıq məkruh hesab olunur?
Mьəllif: admin1
Tarix: 4-12-2022, 10:37
Niyə dinimizdə qəssablıq məkruh hesab olunur?
İslam dinində bəzi peşələr vardır ki, məkruh hesab olunur. Onlardan biri də qəssablıqdır.
İnsanın ruhuna təsir edən amillərdən biri də onun peşəsidir. Ona görə də dinimiz bəzi peşələri bəyənir, bəzilərini isə məkruh hesab edir.

Qəssablıq da bu kimi peşələrdən biridir ki, dinimiz onunla davamlı məşğul olmağı bəyənmir. Ancaq onu da qeyd etmək lazımdır ki, qəssablıq deyildikdə bu gün məşğul olunan qəssablıq nəzərdə tutulmur.

Bu gün qəssab o kəsə deyirlər ki, peşəsi heyvan əti satmaq olar. Bu yolla ruzisini qazanar. Hədislərimizin nəzərdə tutduğu qəssab – o kəsdir ki, daima işi heyvan kəsmək olur. Bu peşəyə qəssab deyil, sallaq deyirlər.

Əshaq ibni Əmmar nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Allah mənə oğlan övladı vermişdir. Onun hansı peşə sahibi olmasını istəyərdiniz?”.
Həzrət (ə) cavabında buyurur: “Oğlunu qəssablıq işinə qoyma. Çünki bu cür insan mehribanlığını əldən verər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qəssab o qədər kəsər ki, qəlbindəki mehr və məhəbbət aradan gedər”.

Rəhmətlik İmam (r) buyurur: “Məkruh olan qəssablıq o peşədir ki, sırf ət satmaq deyildir, bəlkə peşəsi heyvanları öldürməkdir”.

Beləliklə, demək olar ki, məkruh olan peşə - ət satmaqla səciyyələnən qəssablıq deyil, heyvanı kəsməklə bağlı olan sallaqlıqdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031