Göstəricilərə nail ol ki, səndə dini görsünlər
Mьəllif: admin1
Tarix: 7-12-2021, 10:54
Göstəricilərə nail ol ki, səndə dini görsünlər
Din ifadəsi eşidəndə insanların bu kəliməyə qarşı reaksiyaları müxtəlif olur. Kimisi ikrahla, kimisi səmimi qəlblə qəbul edir, kimisi də laqeyd yanaşaraq etinasız şəkildə başını bulayır. Bütün bunlar nədən doğur?

Diqqət etdikdə bütün bunların səbəbini insanların baxış və düşüncələrində görürük. Baxış və düşüncə də məlumatlar nəticəsində formalaşır. Yalnış olaraq İslam camiəsində baş verənləri meyar seçən şəxsin təbii ki, İslam barəsində baxışı da yalnış olacaq.

İmam Rza (ə) dini tanımağın meyarına, əlamətlərinə toxunaraq bu əlamətləri qeyd edir. Hədisə əsasən hər bir kəsdə bu xislətlər formalaşmalıdır ki, həm özü dini yaşaya bilsin, həmçinin bu xislətləri onda müşahidə edənlər dinə rəğbətli olsunlar. İmam (ə) buyurur:

“Dini tanımağın göstəricisi 3-dür_ Toleratlığ, mərifət və süküt” (Kafi. C-2.s-113).

Toleratlığ nədir?- Toleratlığ bütün dinlərə, əqidəsindən aslı olmayaraq bütün insanlara bir gözlə baxmaqdır. Təbii ki, bir gözlə baxmaq hər kəsi düzgün və haqq bilmək demək deyil.

Əksinə hər kəsə Rəhman Allahın bəndəsi, yaratdığı kimi baxmaq, doğru yolda olmayanların doğru yola gəlməsi üçün insani şəkildə səy etməkdir.

Əqidə və düşüncəsinə görə kimsəni alçaltmamaqdır. Hətta şəriətin bu barədə olan müəyyən göstərişlərinə riaət etdikdə belə elə etmək lazımdır ki, qarşı tərəfin qüruruna toxunmasın.

Mərifət- Tanımaq mənasında olan bu kəlimə bir çox sahələrə şamil olur. Dini istilahda isə Allahı tanıma mənasında işlənib şəxsin Mütəal Allah barəsində kəsb etdiklərinin nəticəsində formalaşan xüsusi hala deyilir.

Bu hal özündə məlumatları, imanı, elmi, əxlaqı, o cümlədən bütün əldə etdiklərini cəm edir. Qısa şəkildə desək bütün aləmdə olanlar Allahdan “xəbər” verir. Səndə “xəbər” (həqiqi bilmək) nə qədər çox olsa İlahi mərifətin bir o qədər genişdir demək.

Süküt- insanda bir haldır ki, bu hal insanı daima görməyə və tədqiqat aparmağa sövq edir. Necəki Hz.Əli (ə) buyurub: “Sükut tədqiqat aparanların şüarıdır”.

Sükut nəticəsində cədəl və mübahisələrdən uzaq olan insan özündə və digərlərində olan çatışmamazlıqları müşahidə etmək fürsəti əldə edir. Əgər bu fürsəti zamanında dəyərləndirə bilsə bu onun üçün bötük bir nemətdir.

İmamın (ə) söylədiyi bütün bu xislətləri özündə cəm edən insan artıq İlahi dini tanımaq qudrəti əldə etmiş olur. Onun bütün danışığı və davranışı dindən ibarət olur. Artıq bu zaman o İslamın bir nümayəndəsinə çevrilmiş olur. Bu gösəticilərə nail ol ki, səndə dini görsünlər.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031