İmam Sadiqin (ə) nəzərində Əhli-Beyt (ə) davamçılarının xüsusiyyətləri
İmam Sadiq (ə) Əhli-Beyt (ə) davamçısı adını daşıyanlara bu adı daşımaqda məsul olduqlarını bəyan edərək, onların əsil sifətlərini tanıtmışdır. Hər kim özünü Əhli-Beyt (ə) davamçısı adlandırırsa, gərək onda bu sifətlər olsun.
İmam (ə) buyurur: “Bizim davamçılarından deyildir o kəs ki, dilində (Əhli-Beyt (ə) davamçısı olmağını) bəyan edər və rəftarda bizə müxalif olar. Əhli-Beyt (ə) davamçısı o kəsdir ki, dili və qəlbi ilə bizə uyğun olsun, bizim əsərlərimizin (sünnətimizin) davamçısı olsun və bizim kimi rəftar etsin. Onlar bizim şiələrimizdir”. İmam Sadiq (ə) Əhli-Beyt (ə) davamçılarının sifətləri barəsində buyurur: “Əhli-Beyt (ə) davamçıları üç dəstədir: O dəstə ki, bizim vasitəmizlə zinət əldə edərlər (və bizi öz izzətlərinin vasitəçisi qərar verərlər). O dəstə ki, bizim vasitəmizlə yeyərlər (və bizi dünya həyatlarındakı gəlirlərinin vasitəsi qərar verərlər). O dəstə ki, bizimlə və bizə tərəfdirlər. Bizim təhlükəsizliyimizlə aram taparlar, bizim qorxumuzla qorxarlar. (Sirlərin əkilmiş)toxumlarını ifşa etməzlər. Zülmkarlar qarşısında özlərini göstərməzlər. Əgər gizli olsalar, heç kəs onların sorağını almaz. Əgər aşkar olsalar, onlara etina edilməz. (Yəni, şöhrətdən qaçandırlar). Onlar – hidayət çırağıdırlar”. /Deyerler.org/ Oxşar xəbərlər
|