Mömin kişi Peyğəmbərdən (s) aldığı müjdəyə niyə belə reaksiya verdi?
Mьəllif: admin1
Tarix: 6-12-2017, 20:47
Mömin kişi Peyğəmbərdən (s) aldığı müjdəyə niyə belə reaksiya verdi?
Həzrət Peyğəmbərin (s) zamanında bir kişi vardı ki, Allahdan qorxan və mömin idi. Amma üzü qəşəng deyildi. Üzünün çirkin olması ona əziyyət verirdi. Dilinə gətirməsə də, qəlbində buna görə Allaha şikayət edirdi.
Bəzən düşünürdü ki, əgər Qiyamət gününün hesabı olmasaydı, Allah rizası üçün əməllər yerinə yetirməzdi. Bəzən də düşünürdü ki, məndən tələb olunan vacibatlardan qeyrisini yerinə yetirməyəcəyəm.
Bu fikirlər ona o qədər əziyyət verir ki, nəhayət Həzrətin (s) xidmətinə gəlir. Peyğəmbərdən (s) soruşur: “Ya Rəsulallah! Allah vacibatdan qeyrisinə görə sual verəcəkdirmi?”. Həzrət (s) buyurur ki, xeyr.
Həmin şəxs deyir: “Allaha and olsun ki, mən vacibatdan qeyri əməlləri yerinə yetirməyəcəyəm”.
Həzrət (s) buyurur: “Niyə vacibatdan qeyrisini yerinə yetirməyəcəksən ki?”.
Həmin şəxs deyir: “Çünki Allah mənim xilqətmi çirkin etmişdir”.
Həzrət (s) bu sözləri eşidib susdu. Bu zaman Cəbrayil (ə) yerə endi və dedi: “Ey Muhəmməd (s)! Allah sənə salam verir və buyurur ki, mənim bəndəmə de: “İstəmirsənmi ki, səni rahatlıqda məbus edim və Qiyamət günü narahat olmayasan?”.
Həzrət (s) bu sözləri ona çatdırır və kişi deyir: “Ya Rəsulallah! Allah məni sənin yanında yada salmışdır?”.
O, sevinərək dedi: “Səni məbus edən Allaha and olsun ki, mən (Allahı sevindirən) və məni Allaha yaxınlaşdıran hər bir əməli yerinə yetirəcəyəm”.
Həqiqətdə bu hədis bütün bəndələrə şamil olur. Allah bütün bəndələrinə qarşı mehriban və rəhimdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031