İmam Sadiqin (ə) nəzərində iradəni gücləndirməyin yolu
Mьəllif: admin1
Tarix: 6-12-2017, 20:49
İmam Sadiqin (ə) nəzərində iradəni gücləndirməyin yolu
Altıncı İmamın (ə) nəzərinə görə, həm düşüncənin sütununu ağıl təşkil edir, həm də əməlin sütununu ağıl təşkil edir. O da elə-belə ağıl yox, İslami ağıl. Əgər hər insanın ağlının meyarını ibadət təşkil edərsə, bu olur İslami ağıl.

İmam Sadiq (ə) bizə öyrədir ki, iradəni gücləndirməyin yolu İslami ağıla malik olmaqdadır ki, nəticəsi ibadətə gətirib çıxardır. İmam (ə) buyurur:“İradəni gücləndirməyin tək yolu – ibadətdir. Niyyəti gücləndirməyin yolu – ibadətdən qeyrisi deyildir”.

İmam Əli (ə) iradə qüvvəti barəsində buyurur: “Mən Xeybərin qapısını bədən qüvvətimlə qopartmadım. İradə qüvvəti ilə bu qapını yerindən qopartdım”. Yəni, əgər iradə güclü olarsa, bədən də güclənər. Bu, ruhun qüdrətidir ki, bədənə güc verər.

İmam Sadiq (ə) buyurur ki, hər kim iradəsini gücləndirmək istəyirsə, Allahdan qeyrisi barəsində düşünməsin. Hər kim günah edər, əsir olar.
Əsir insan isə zəlildir. Hər kim zülm edər, həm özünə və həm də başqasına alçaqlıq etmiş olar. Bu cür insanın iradəsi olmaz. Zillət zülmdə özünü göstərər. İzzət isə itaət və ibadətdə.

İmam Sadiq (ə) buyurur: “Zülmü alçaq insandan qeyrisi qəbul etməz. Əgər zülm edirsə - zəlildir. Əgər zülmü qəbul edirsə - zəlildir. İradə qüdrəti insanı ədalətə tərəf çağırar ki, nə hegemon olsun, nə də hegemonluğu qəbul edən olsun”.
Əgər insanın iradəsi güclü olarsa, nə başqalarına zülm edər və nə də zülmü qəbul edər. Çünki zəlil olmaz, əksinə - izzət sahibi olar. Bu izzəti isə ancaq itaət və ibadəti sayəsində əldə edər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930