Ali dini rəhbər: “Fələstin xalqı qələbəyə nail olacaq!”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei əziz peyğəmbərimiz həzrət Muhəmməd (s) və həzrət İmam Sadiqin (ə) mübarək mövludları münasibətilə İranın bəzi hökumət rəsmiləri ilə birlikdə, İslam Vəhdəti Konfransında iştirak edən qonaqları qəbul edib.
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, dekabrın 6-ı səhər baş tutan görüşdə Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei belə danışıb: “Düşmənin Qüdsü işğal altındakı Fələstinin paytaxtı elan etməsi ilə bağlı irəli sürdüyü iddialar gücsüz qalmalarından qaynaqlanır. Onlar Fələstin məsələsində planlarını təxirəsalmaq məsələsində çox acizdirlər. Fələstin azad olacaq və Fələstin milləti qələbəyə nail olacaq. Amerika siyasətçiləri də sionist İsrail rejiminin təhlükəsizliyini qorumaq üçün regionda müharibə şəraiti yaratmalı olduğunu açıqlayırlar. Ancaq indi bəzi ölkə rəhbərləri ABŞ-ın hər istəyini etməyə çalışır, ABŞ-ın bütün istəklərini İslama qarşı yerinə yetirirlər”. Ali dini rəhbər düşmənlərin təkfirçi təşkilatları yaratmalarının əsas səbəbinin şiə-sünni müharibəsini alovlandırmaq olduğunu deyib: “Allah bizim düşmənlərimizi axmaq olaraq yaratmışdır və bu səbəbdən də onların qarşılarına məqsəd qoyduqları məzhəb qarşıdurması baş vermədi. İnşəAllah ki, gələcəkdə də belə bir şey baş verməyəcək”. Müqavimət göstərməyin vəhşi təkfirçilər qarşısında qələbəyə nail olmağın yeganə yolu olduğunu deyən Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, sözlərini belə davam edib: “Bizim onların qarşısında dayanmağımız zülm və azğınlıq təşəbbüsü ilə mübarizə etməyimizdən irəli gəlirdi və günümüzdə də, onların xələfləri harada olmalarına baxmayaraq, ABŞ ilə sionizmə xidmət etdiklərinə görə qarşılarında dayanmağı davam etdirəcəyik”. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İslam ümmətinin birləşməsi və düşmənlərlə sionizmin qarşısında dayanmanın İslam dünyasının üzləşdiyi bütün dərdlərinin dərmanı olduğunu söyləyib: “Hazırda Fələstin məsələsi İslam ümmətinin siyasi məsələlərinin ən başında dayanır və hər kəs Fələstin xalqının xilası və azadlığı istiqamətində səy etməlidir”. Deyerler.org Oxşar xəbərlər
|