Bu insan cəmi 50% müsəlman olar
Ustad Qiraəti buyurur: “Quran rəhbərlik barəsində buyurur ki, hər kəs rəhbər ola bilməz. Bir dəstənin adını çəkərək buyurur ki, onların sözünə qulaq asmayın. “Onlardan heç bir günahkara, yaxud kafir və nankora itaət etmə”. (“İnsan” 24).
“Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə”. (“Qələm” 10). “(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28). Əgər israf edəndirsə və çox pul xərcləyəndirsə rəhbər olmağa layiq deyildir. Rəhbər olan insan Peyğəmbərin (s) göstərişlərinə qarşı müti olmalıdır. “Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik”. (“Nisa” 80). Əmr-be-məruf və nəhy-əz-munkər – həyatın əlamətidir. Belə bir hədis vardır: “Əgər kimsə yaxşılıqlara qarşı laqeyd olarsa, günahlara qarşı da laqeyd olar”. Bu insan ölüdür, ancaq şaquli ölüdür, nəinki qəbiristanlıqlarda yatan üfüqi ölüdür. Bir nəfər məndən soruşdu ki, hər nə qədər dua edirəm, yerinə yetmir. Səbəbi nədir? Məgər Quran deməmişdir ki: “Məni çağırın ki, Mən də duanızı qəbul edim”. (“Ğafir” 60). Dedim: “Quranda bir istəcəbə vardır, bir istəcibu vardır. İstəcibu, yəni Peyğəmbərin (s) buyurduqlarına qulaq as. Sən qulaq asmısanmı?”. Dedi: “Xeyr”. Dedim: “Bəs necə istəyirsən ki, Allah sənin qulluğunda dursun?”. Həzrət Peyğəmbərin (s) ümmətinin malının 20%-i xüms üçündür. Xümsünü verirsənmi? İmam Kazım (ə) buyurur ki, əgər kimsə xümsünü verməsə, xüms verməli olduğu məbləği verməzsə - Allah onun həyatını elə edər ki, o məbləğin iki qatı batil yolda xərclənmiş olar. Hər bir rüku və səcdə müsəlman olmağı təmin etməz. O müsəlman ki, əmr-be-məruf və nəhy-əz-munkər etməz – cəmi 50% müsəlman olar”. Allah bizləri belə aqibətdən qorusun. /Deyerler.org/ Oxşar xəbərlər
|