Bu nəfs insana yaxşını-pisi ayırmaqda kömək edir
Mьəllif: admin1
Tarix: 18-05-2023, 12:07
Bu nəfs insana yaxşını-pisi ayırmaqda kömək edir
Allah Təala insana ağıl vermişdir ki, onun sayəsində insani və mənəvi dəyərləri ayırd edər və qiymətləndirər. Nəyin pis və nəyin yaxşı olduğunu dərk edər. Əgər günah edərsə laqeyd qalmaz, özünü danlayar və ittiham edər.

İnsan bu vicdan halını həyatının bir çox anlarında müşahidə etmişdir. O zaman ki, əsəbiləşər və ağzına gələnləri deyər və ya yanlış əməl yerinə yetirər – vicdanı onu danlayar və məzəmmət edər. Etdiyi işdən peşman olar. İnsanı danlayan bu nəfsə ləvvamə nəfsi deyirlər.

Allah Təala ləvvamə nəfsi Qiyamətlə bir yerdə yada salır və buyurur: “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə.(Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana)”. (“Şəms” 7).

Təfsirçilər deyir ki, Allah Təala bu ayədə Qiyamət ilə ləvvamə nəfsi bir-birinin yanında qərar verib, hər ikisinə and içmişdir. Çünki hər ikisi bir-birinə çox bənzəyir. Qiyamət günü Allahın ədaləti bərpa ediləcəkdir və burada xəbis xalisdən, pis yaxşıdan ayrılacaqdır. (Həvzəh)

İnsanın vicdan məhkəməsi də bu işi görür. İnsan başqalarını aldada bilər, ancaq özünü deyil. İnsanın batini öz hökmünü verər və insanın yaxşı əməlini pisdən ayırd edər. Ona görə də bu məhkəməni Qiyamət məhkəməsinə bənzədirlər.

İnsanı heyvanlardan fərqləndirən xüsusiyyətlərdən biri də məhz budur.

İnsan öz səhvlərinə qarşı laqeyd deyildir. Çünki vicdanı onu ittiham edər və tövbə qapısına tərəf çəkər.

O kəslərin ki, ləvvamə nəfsi ölər, onlar təkəbbürə düçar olarlar.

Böyük əxlaq alimi Mərhum Nəraqi buyurur: “Təkəbbür odur ki, insan pis iş görər, ancaq narahat olmaz. Nəfsinin məzəmmətindən azad olar. Səbəbi də budur ki, şeytanın vəsvəsəsinə uymuş və şeytan onu aldatmışdır. Belə güman edir ki, gördüyü iş və getdiyi yol doğrudur”.

Mömin çalışmalıdır ki, batinində olan ləvvamə nəfsini diri saxlaya bilsin, çünki ancaq bu zaman xilas ola bilər və aqibətini xeyirli edə bilər. Əks halda təkəbbürə düçar olub, şeytanın ordusuna qoşular ki, onunla birlikdə cəhənnəmə daxil olanlardan olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930