Hz. Məsumənin qardaşı İmam Rzanın (ə) axtarışına çıxması
Xanım Məsumə adı ilə məşhur olan kəramətli xanım İmam Kazımın (ə) qızıdır. Həmçinin İmam Rzanın (ə) bacısıdır. Bəzi mənbələrdə İmam Rzanın (ə) iki bacısı qeyd olunur. Lakin ibn Cuzi “Təzkirətul-Xəvass” (s-315) kitabında İmam Rzanın (ə) dörd doğma bacısını qeyd edir. Xanım Məsumə (ə) də bu bacılardan biridir.
Tarixi mənbələr Xanımın (ə) doğum tarixini q.173 il zil-qədə ayında Mədinə şəhərində, vəfatını isə rəbiu-sani 201-ci ildə Qum şəhərində olduğunu bildirirlər. Xanımın (ə) Mədinədən İrana gəlmə səbəbini İmam Rzanın (ə) Mərvə gəlişi ilə əlaqələndirirlər. Beləki Abbasl xələfəsi Məmun 200-ci ildə İmamı (ə) Mədinədən Mərvə gətizdirir. Qardaşını (ə) ziyarət üçün yola çıxan Xanım (ə) yolda bərk xəstələnir. Xanımın (ə) xəstəlik səbəbəni yolda üzləşdikləri ağır döyüş səhnəsi olur. Beləki karvan Qum şəhəri yaxınlığında Əhli-Beyt düşmənləri tərəfindən basqına məruz qalır və demək olar ki, kişilər öldürülür. Xanımın (ə) qardaşları və qardaş balaları şəhid edilir. Bu sarsıntıdan xəstələnən xanım Məsumə (ə) yaxınlarından onu Qum şəhərinə aparılmasını istəyir. Qum şəhərində Xanımı (ə) İmam Rzanın (ə) yaxın səhabəsi, alim, mühəddis Musa ibn Xəzrəc Əşəri qarşılayır və öz evinə aparıb xidmətində durur. Tarixçilər bu hadisəni hicri 201 –ci il rəbiul-əvvəlin 23-də baş verdiyini deyirlər. Xanım Məsumə (ə) 17 gün bu evdə qalır və dünyasını dəyişir. Hazırda Xanımın məzarı Qum şəhərindədir. Əhli-Beyt (ə) sevərlərin ziyarəthagına çevrilib. İmam Rza (ə) Qumda Xanımı (ə) ziyarət etməyin savabına toxunaraq buyurub: “Kim Qumda Məsuməni ziyarət etsə məni ziyarət etmiş kimidir” . (Məclisi. Zadul-məad. 547) Yaşar Nuriyev Oxşar xəbərlər
|