İbadət əhlindən təkəbbür edənlərin 7 dəstəsi
Mərhum Nəraqi ibadət əhli arasında da təkəbbürə düçar olanları 7 dəstəyə bölərək, bizə tanıtmışdır.
1. Dəstəmazda təkəbbür. Bu insanlar namazın müqəddiməsi olan dəstəmazda nəcasəti aradan aparmaq mövzularında vəsvəsə edərlər. Ona görə də suyu israf edib, günaha düçar olarlar. Bu insanların ehtiyat və vəsvəsələri dəstəmazlarına ziyan vurar. Belə düşünərlər ki, bu iş onların nicat tapması üçün kifayətdir. 2. Namazda təkəbbür. Namazın niyyətində vəsvəsə edərlər və şeytan qoymaz ki, düzgün niyyət etsinlər. O qədər vəsvəsə edərlər ki, namazın fəzilətini əldən verərlər. Bəzən namazın təkbirində, bəzən qiraətin düzgünlüyündə şəkk edərlər. Ona görə də namazın sonuna qədər onun məzmununa diqqət etməkdən qafil olarlar. O qədər qiraətə diqqət edərlər ki, qəlb hüzuru yaddan çıxar. Belə düşünələr ki, namazları ancaq o zaman qəbul olar ki, qiraətləri səhih olsun. Bu, təkəbbürün ən çirkin formalarındandır. 3. Oruc tutanların təkəbbürü. Bu insanlar adətən çoxlu oruc tutarlar, ancaq dillərini qeybətdən qoruya bilməzlər. İftar zamanı mədələrinə haram tikə daxil edər və belə düşünərlər ki, gördükləri iş doğrudur. Elə bilərlər ki, hər bir işləri yalnız oruc tutmaqla düzələcəkdir. 4. Hacıların təkəbbürü. Bu insanlar Allah evini ziyarət etmək üçün evlərindən xaric olarlar, ancaq haqqun-nasdan xaric olmazlar. Halal ruzi üçün səy göstərməzlər. Namazı zay edər və libaslarının paklığına diqqət etməzlər. Rəzil sifətlərə bürünmüş qəlblə Allah Evində hazır olarlar. Onlar da təkəbbür əhlidirlər. 5. Quran qarilərinin təkəbbürü. Bu insanlar öz qiraətlərinə görə təkəbbür edərlər. Bəzən bir gecədə Quranı xətm edər və oxumaqlarını sürətləndirərlər. Belə düşünərlər ki, dilin sürəti kamaldandır. Halbuki, Quranın mənasına diqqət etməz və ona əməl etməzlər. 6. Nafilə əhlinin təkəbbürü. Bu insanlar gecə namazları və nafilə namazlarına görə təkəbbür edərlər. Belə düşünərlər ki, cümə qüslü alaraq, gecə namazı və nafilə qılaraq nicat tapanlardan olacaqlar. Halbuki, ictimai rabitələrə diqqət etməz və başqalarına qarşı laqeyd olarlar. Hətta İslami əxlaqa ailə içində belə riayət etməzlər. Başqalarına yuxarıdan aşağı baxarlar. 7. Zahidlərin təkəbbürü. Bu insanlar az yemək, az paltarla qane olduqlarına görə təkəbbür edərlər. Düşünərlər ki, zahidlik məqamını dərk ediblər, halbuki, məqam tələbində olarlar. Bu insanlar dünyanı tərk edib, təkəbbürə düçar olarlar ki, biri o birisindən daha pisdir. Allah Təala cəmi müsəlmanları belə acı aqibətdən saxlasın. /Deyerler.org/ Oxşar xəbərlər
|