Möminin həyat tərzi: Allah xofu yoxsa bəndə qorxusu?
Bəndə sözunu bir neçə mənada anlamaq olar. Bunun ən geniş mənası məxluq mənasındadır. Həm də bütün məxluq yox, yalnız insan. Yəni yalnız təkcə insana Allah bəndəsi demək olur. Çünki bəndəçilik etmək yalnız insana vacib edilib.
Burdan artıq yeni bir məna ortaya çıxdı- Bəndəçilik. Yəni bəndənin öz Rəbbinə qulluğu və itaətkarlığı. Bəndə bütün hal və vəziyyətlərdə Rəbbinə itaətkardır. Bütün hallarda Rəbbinin rizasını hər şeydən önə çəkir. Hətta öz istək və mənafeindən belə. Bu halda bəndə bəndəçilik etmiş olur. Xof və qorxu da bucürdür. Bu kəlmələr zahirən bir mənada görünsə də xof daha dərin və ümümi mənadadır ki, qəlbin dərinliklərinə siraət edir. Qəlb də Allaha məxsus olduğu üçün orada yalnız Allah xofu qərar tutmalıdır. Hz. Peyğəmbər (s) buyurub: “Xoş o kəslərin halına ki, Allah xofu ona insanların qorxusunu unutdurub” (Bihar. C-77. S-124) İnsanın bir hiss olaraq nədənsə qorxması normaldır. Lakin hər hansı bir hadisə və prosesin qəlblərdə kök salıb onu xoflandırması nəinki normal deyil, hətta nöqsan və qərizədir (mənfi). Allahu Təalanı mütləq qüdrət sahibi, hər şeyi görən və kulli iradə sahibi bilən insanın qəlbində Ondan başqasının xofu olmaz. Bu hədisi şərif özündə böyük mənaları ehtiva edir. İnsan bu deyilən zirvəyə yetişmək üçün qəlbi imanla dolmalıdır. İman və sağlam etiqada köklənən qəlb yalnız Allah xofu ilə lərzəyə gələr. Allah Rəsulu (s) elə bir mətləbə işarə edib ki, bu mətləb özündə etiqad, iman, sevgi, ilahi bağlılığ kimi dəyərləri birləşdirir. Nəticətə insanda təvəkkül və güvən formalaşır. "Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız". (Bəqərə-150) Yaşar Nuriyev Oxşar xəbərlər
|