Cinlər kimdir və harada yaşayırlar?
Mьəllif: admin1
Tarix: 13-12-2017, 14:28
Cinlər kimdir və harada yaşayırlar?
Qurani-Məcid cinlərin varlığını təsdiq edir və onların bəzi xüsusiyyətlərini bizə tanıdır. Onlarla tanış olaq:

1. Cinlər atəşdən xəlq olmuşdur. “Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı”. (“Rəhman” 15).

2. Elmə və idraka malikdirlər. Haqqı batildən ayıra bilirlər. “Və (biz iman gətirdik). Rəbbimizin məqamı və əzəməti çox ucadır”. (“Cinn” 3).

3. Onlar da təklif sahibidirlər (məsuliyyət də daşıyırlar). “De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)». «O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq»”. (“Cinn” 1-2).

4. Onlar da insanlar kimi mömin və kafirdilər. «Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır». (“Cinn” 14).

5. Onların da Qiyamət günü hesabı vardır. «Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (“Cinn” 15).

6. Səmaya nufuz etmək qabiliyyətinə malikdirlər. «Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük». (“Cinn” 8).

7. Bəzi insanlarla rabitə qura bilirlər. «İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar». (“Cinn” 6).

8. Onların arasında da insanlar kimi qüdrətlisi və zəifi vardır. “Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»”. (“Nəml” 39).

9. İnsanın ehtiyacı olan işləri görə bilirlər. “Və Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq. Onlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi – möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər. (Və buyurduq:) «Ey Davud ailəsi, (bu nemətlərə) şükür edin və Mənim bəndələrimdən şükür edən azdır». (“Səba” 12-13).

10. Onlar insanlardan əvvəl xəlq olublar. “Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq”. (“Hicr” 27).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930