Günahın iyrənc təcəssümü
Mərhum Həsən Ağayi Qumi, mərhum Hacıağa Hüseyn Quminin övladıdır. O, nəql edir: “Gözümü müalicə etmək üçünMəşhədə gəlmişdim. Elə bu zaman tanıdığım Tehran tacirlərindən biri Məşhədə ziyarət üçün gəlmişdi.
Gecə yuxuda gördüm ki, İmam Rzanın (ə) hərəmindəyəm. İmam Rza (ə) zirehin üzərində əyləşmişdi. Bu zaman həmin tacir Həzrətə (ə) tərəf bir ox atdı. İmam (ə) narahat oldu. İkinci dəfə ox atdı və İmam (ə) yenə narahat oldu. Üçüncü dəfə ox atanda, Həzrət (ə) kürəyi üstə düşdü. Mən vahimə içərisində yuxudan ayıldım. Tehranda qaldım və o taciri gözlədim ki, geri qayıtsın. Yuxumu ona danışdım. O, bu sözlərdən sonra göz yaşı töküb, dedi: “Həqiqət budur ki, mən hərəmdə olanda bir qadını gördüm ki, əlini zirehə qoymuşdu. Mənim də xoşum gəldi və əlimi onun əlinin üstünə qoyub, üç dəfə soruşdum: “Haradansan?”. Dedi: “Tehrandan”. Onunla birlikdə Tehrana gəldim”. Allah Təala cəmi möminləri İmamlara (ə) zülm etmək dəhşətindən hifz etsin. /Deyerler.org/ Oxşar xəbərlər
|