Övladın dünyaya gəlişi ilə günahlar bağışlanar
Həzrət Peyğəmbər (s) buyurur: “O müsəlman qadın ki, doğum zamanı ölər, Allah Qiyamət günü əməl dəftərini açmaz”.
Allah Təala Həvvaya buyurur: “Ey Həvva! O qadın ki, doğum zamanı ölər, onu şəhidlərlə məhşur edərəm. Ey Həvva! O qadın ki, doğum ağrısı onu əhatə edər, onun üçün şəhidin savabını yazaram. Əgər salamat qalıb doğum edərsə, günahlarını bağışlayaram. Baxmayaraq ki, (günahı) dənizin köpüyü, səhranın qumları və ağacların yarpaqlarının sayı qədər olsa belə. Əgər ölərsə, şəhid olar. Mələklər ruhunu qəbz etmək üçün yanında hazır olarlar. Ona behişti müjdə verərlər. Axirətdə həyat yoldaşının yanına apararlar və hurilərdən 70 dəfə üstün olar”. Həvva deyir: “O şeyi ki, vermisən, mənim üçün kifayətdir”. Bəs müsəlman qadın kimdir? Müsəlman qadın dedikdə o qadın nəzərdə tutulur ki, namaz qılar, oruc tutar, başqa ibadət əməllərini yerinə yetirər. O, başqalarının haqqına əməl edər. Bəli, əgər bu qadın doğum zamanı vəfat edərsə, Allah Qiyamət günü əməl dəftərini açmaz və Həvvaya vəd etdiyi savab və fəzilətləri ona əta edər. Allah Təala cəmi insanları hidayət etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|