BÖYÜK VƏ KİÇİK GÜNAHLARIN ƏLAMƏTLƏRİ
Din alimləri arasında böyük və kiçik günahların əlamətləri haqqında müxtəlif nəzəriyyələr mövcuddur.
Onlardan bəziləri aşağıda qeyd edilən beş meyarı günahların böyük olmasının təyin edilməsində əsas bilirlər: 1. Hər bir günah ki, Quranda onun üçün əzab vədəsi verilmişdir. 2. Hər bir günah ki, müqəddəs İslam dinində onun barəsində ciddi xəbərdarlıq edilib və cəza tədbirləri (hədd) təyin olunmuşdur. Məsələn şərab içməyin cəzası şallaqdır. 3. İslam dininə etinasızlıq məqsədilə edilən günahlar. 4. Qəti dəlillərlə böyük günah olması sübuta yetən günahlar. 5. Hər bir günah ki, Quranda və yaxud 14 məsumun hədislərində onu edən şəxs şiddətli əzabla təhdid olunub. Böyük günahların sayına gəldikdə isə alimlərdən bəzisi onları 7 ədəd, bəzisi 10 ədəd, başqaları 20 ədəd, daha bir dəstə 34 ədəd və nəhayət bəzi alimlər onların sayını 40 ədəd hesab etmişlər. Alimlərimizin arasında olan bu müxtəlif nəzəriyyələr Quran və hədislərdən götürülmüşdür. Çünki böyük günahların hamısı da dərəcə cəhətindən eyni deyillər. Oxşar xəbərlər
|