Vəsvəsənin gətirdiyi 12 fəsad
Vəsvəsə o əməllərdəndir ki, iman əhlinin ibadətlərini məhv edər və onu İlahi dərgahdan uzaqlaşdırar.
Bu əməl – şeytanın ən böyük silahlarındandır ki, onu çox zaman öz hədəfinə çatdırır. Ona görə də həm dinimiz, həm də ağlımız bu əməli qadağan edir və onunla mübarizə aparmağı əmr edir. Vəsvəsə zatən qəbahətli bir əməldir. Ardınca bu fəsadları gətirər: 1. Vəsvas elə bilir ki, onun yerinə yetirdiyi əməllər doğrudur. Başqalarının gördüyü iş isə yanlışdır. 2. Vəsvas Məsumların (ə) yerinə yetirdiyi bəzi əməllərə şəkk etməyə başlayar. Bu iki fəsad bəndəni dindən xaric edər. 3. Vəsvas öz əməlinin vacib olduğuna hökm verər ki, bu da günah əhlinin zümrəsinə daxil olmasına səbəb olar. 4. Vəsvas müsəlmanlara qarşı sui-zənn edər və o yerə gəlib çatar ki, alimlərin əməllərinə də sui-zənn edər. 5. Bəzən bir əməli namazda o qədər təkrar edər ki, namazın aradan getməsinə səbəb olur. 6. Bəzən vəsvas elə əməllər yerinə yetirər ki, ibadətin simasını bir-birinə vurar. 7. Vəsvas günah etməyə cürət əldə edər və çoxlu şəklər edər. 8. Vəsvas suyu israf edər. 9. Vəsvas öz bədənini xəstə edər və suyun altında çox qalar. 10. Vəsvas faktiki olaraq şeytana ibadət edər və ya onu Allaha şərik qoşar. 11. Vəsvas etdiyi vəsvəsəsinə görə İlahi ixlasdan məhrum olar, 12. Quran və onun mənaları haqqında təfəkkür etmək nemətindən də məhrum olar. Vəsvasın müalicəsində deyə bilərik ki, bu insan ağlına, dininin buyurduqlarına diqqət etməyən insandır. Əgər ağlının və dininin dediklərinə qulaq versə, heç bir zaman şeytanın bu tələsinə düşməz. Zehninə gələn zənn və şəklərə qulaq vermək onu bu hala salmışdır. Deməli, zənn və şəkləri iradəvi surətdə rədd etməli və işlərində əqli rəhbər tutmalıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|