Naməhrəmi görən zaman Rəcəbəli Xəyyatın tövsiyə etdiyi zikr
Mьəllif: admin1
Tarix: 15-12-2017, 10:45
Naməhrəmi görən zaman Rəcəbəli Xəyyatın tövsiyə etdiyi zikr
Rəcəbəli Xəyyat naməhrəmi görən zaman (belə ki, təsiri dəf etmək üçün) təsirli olan zikrlərdən birini tövsiyə etmişdir. Alim bu zikrin işə yaradığını bildirmiş və onu bütün yaxınlarına tövsiyə etmişdir.
O, deyir: “Gözün naməhrəmə dəyən zaman, gözünü bağla və başını aşağı salıb de:

یا خَیرَحَبیبٍ و مَحبوبٍ صَلِّ عَلی مُحمّدٍ و آلِه

"Ya xəyra həbibin və məhbubin səlli əla Muhəmmədin və alih".

Mahiyyəti budur ki, ey Allahım, mən səni sevirəm, Səni istəyirəm. Bu gördüklərim heç də sevimli deyildir (belə ki, sevən və sevilənlərin ən xeyirlisi sənsən), onlara (Səndən başqasına) bel bağlamağa dəyməz.

Zikrdə Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat da göndərilir. Belə ki, yaranmışlar arasında sevgini ən çox anlamış onlardır və bizlər bu mənada da onlara iqtida etməliyik. Salam verməklə isə, ruhlarımızı onlarla uzlaşdırır, onların sevgi fəzasına daxil olmuş oluruq.

Allah Təala bizləri həqiqi sevgini dərk edənlərdən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031