Həzrət Əliyə (ə) verilən 7 sual...
Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: "Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum”.
Həzrət Əli (ə) buyurdu: "Buyur soruş”. Həmin kişi soruşdu: 1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: "Günahsıza yalan bağlamaq” 2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: " Haqq yerdən daha genişdir.” 3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: " Hərislik oddan daha istidir.” 4. Buzdan da daha soyuq olan nədir? Həzrət (ə) buyurdu: " Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur.” 5. Dəryadan daha dərin olan nədir? Həzrət (ə) buyurdu: " Qane olan insan dəryadan daha dərindir." 6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: " Kafirin ürəyi daşdan daha möhkəmdir.” 7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: " Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir." /Deyerler.org/ Oxşar xəbərlər
|