Tacirin Zəmanə İmamı (ə.f) ilə görüşü
Ayətullah Seyyid Muhəmməd Ziyabadi nəql edir: “Hacı Əli Bağdadi İmam Zamanı (ə.f) ziyarət edənlərdəndir. Bu insan alim deyildir, savadsız da deyildi. Bağdadda yaşayırdı. Parça toxuyan fabriki vardı. Bu hadisəni mərhum Muhəddis Nuri nəql edir.
O, nəql edir ki, əlimə İmamın (ə.f) payından 80 tumən keçmişdi. 200 il əvvəl 80 tümənin dəyəri çox olmuşdur. Bağdaddan Nəcəfə gəldim ki, pulu əda edəm. Orada olan böyük alimləri tanıyırdım. Onlardan üç nəfərinin hər birinə 20 tümən verdim və 20 tümən də məndə qaldı. İstədim ki, Bağdada qayıdam və əvvəl Kazimeynə gedim və bu pulu da mərhum Şeyx Muhəmməd Həsən Kazıminiyə verəm. O, böyük fəqihlərdən idi. Pulu ona verib geri qayıtdım və cümə axşamı idi. Çünki işçilərimə hər cümə axşamları pul verirdim, ona görə də Kazimeyndə qala bilmədim. Kazımeyndən Bağdada piyada getdim, çünki məsafəsi azdır. Bir qədər yol getmişdim ki, gördüm ki, bir kişi Kazimeynə tərəf gedir. Mənə çatan zaman gülərüzlə salam verdi, ancaq mən onu tanımırdım. Əllərini açıb məni qucaqladı. Öpdü və mən çox təəccüb etdim. Mən onu tanımırdım, ancaq tez bir zamanda ona isindim və mən də onu öpdüm. Sonra adımı çəkib dedi: “Hacı Əli! hara gedirsən?” Dedim: “Bağdada getmək istəyirəm”. Mənə buyurdu: “Yox, bu gecə cümə gecəsidir və ziyarət üçün qayıt”. O, mənə bu sözü deyən kimi özümdən asılı olmayaraq onunla bir yerdə geri qayıtdım. Yolda söhbət edirdik. Mənə buyurdu: “Ziyarət et ki, mən də sənin cəddim Əmirəl-mömini (ə) sevənlərdən olduğuna şəhadət verəm”. Dedim: “Siz məni haradan tanıyırsınız? Haradan bilirsiniz ki, mən İmam Əlini (ə) sevirəm?” Seyyid idi, çünki başında yaşıl əmmamə var idi. Təbəssüm etdi və buyurdu: “O kəs ki, haqqını ona çatdırarlar, çatdıranı tanımaz?”. Bu cümlə təəccüblü cümlə idi, çünki qeyb zamanı idi. Dedim: “Hansı haqq?” Buyurdu: “O şey ki, Nəcəfdə vəkillərimə verdin və o şey ki, Kazimeyndə Şeyx Muhəmməd Həsənə verdin, mənim vəkillərimdir”. Hərəmə yaxınlaşan zaman mənə buyurdu: “Girmək üçün izn al”. Dedim: “Mənim savadım yoxdur”. Buyurdu: “Mən oxuyum?” Dedim: “Buyurun”. Daxil olma iznini oxumağa başladı. 14 Məsumun (ə) adını çəkdi və on birinci İmamdan sonra mənə baxıb buyurdu: “Sən İmam Zamanını (ə.f) tanıyırsan?” Dedim: “Niyə tanımıram?” Buyurdu: Ona salam ver. Mən salam verdim və bu zaman üzünü mənə çevirib salamın cavabını aldı. Sonra hərəmə daxil olduq və buyurdu: “Ziyarət oxuyummu?” Dedim: “Bəli”. Buyurdu: “Hansını oxuyum?” Dedim: “Hansı mötəbərdirsə, onu”. Əminallah ziyarətini oxudu. Hərəmin çıraqları həmişəkindən daha aydın yanırdı, sanki nur saçırdı. Sonra azan deyən azan dedi. Camaat namazı bərpa oldu və mənə buyurdu: “Get camaatın cərgəsində dayan”. Ondan sonra mən o Həzrəti (ə.f) görmədim”. Oxşar xəbərlər
|