İnsan qəzəbin qarşısını bu 2 yolla ala bilər
Ayətullah Şeyx Muhəmmədtəqi Amuli buyurur ki, qəzəb sifətinin qarşısını almaq üçün iki yol mövcuddur: biri mülayimlikdir, biri isə qəzəbi yazıtdırmaqdır.
Mülayimlik o sifətlərdəndir ki, onu nəfsin aramlığı və sükunəti də adlandırırlar. Yəni, bu insan başına gələn pis hadisələrə görə tez özündən çıxmaz. Qəzəbi yatızdırmaq isə odur ki, insan özünə aramlıq və sükunət halını aşılayar. Bu sifətə təhəllüm deyirlər. İnsan bu sifəti mülayimlikdən fərqli olaraq özü əldə edər. Mülayimlik sifəti insana fitri verilən fəzilətli sifətlərdəndir. Əgər insan mülayim olarsa, hər bir yersiz qəzəbin qarşısını ala bilər. İmkan verməz ki, bu qəzəb onun qəlbinə daxil olsun. Ancaq o insan ki, təhəllüm əhlidir, gərək özü nəfsini mülayim olmağa və sakit olmağa vadar etsin. Mülayimlik adil insanda olan ədalət sifətinə bənzəyir. Adil insan çalışar ki, zülm etməsin və günahdan uzaq olsun. Ancaq o kəs ki, adil deyildir, adil olmağa çalışır, həmin şəxs gərək həm də tövbə etsin. Mülayimliyin misalı su misalı kimidir. Su fitri istedadına görə öz axarında hərəkət edər. Ancaq o kəs ki, təhəllüm edər, onun misalı o suyun misalına bənzəyər ki, motor vasitəsilə axarını dəyişdirib yuxarı vurarlar. Ona görə də deyə bilərik ki, o ruhda ki, mülayimlik sifəti olar, üstün ruhdur. Qəzəb qüvvəsini kontrol etmək birinci üçün çox asandır. İkincisi həmişə qəzəb və aramlıq hissi arasında davada olar. Hansının qalib gəlməsi bilinməz. Bu insanın fəzilətli sifəti əldə etmək yolunda məşəqqəti və əziyyəti çox olduğu üçün, o, birinci sifətdən də üstün hesab olunur. Mülayim insanın ruhu həmişə sükut halındadır. Ancaq təhəllüm sifətinə malik olan insan gərək ruhunu sükuta vadar etsin. Fitri sifətə malik olmaq – bir nemətdir. Ancaq sonradan həmin sifəti təmrin sayəsində əldə etmək insanın bacarığı sayəsində hasil olar. Bu səbəbdən də dinimiz məhz təhəllüm sifətinə xüsusi əhəmiyyət verərək, ona təşviq edir. Həzrət Peyğəmbər (s) buyurur: “Təhəllüm edin ki, alim olasınız. Təhəllüm edin ki, mülayim olasınız”. Əgər insan təhəllüm sifətini ruhunda inkişaf etdirə bilərsə, get-gedə mülayimlik sifətinə çevrilər. Bu insan ruhuna məşəqqət və əziyyət verərək onu mülayimlik məqamına çatdırar. Allah Təala buyurur: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər”. (“Ali-İmran” 134). Həzrət Peyğəmbər (s) buyurur: “Ən fəzilətli əməl o əməldir ki, əziyyəti daha çox olar”. Qışın soyuq gecələrində ayılmaq kimi, müqəddəs məkanlara piyada getmək kimi. Qəzəbin alovlandığı zamanı onu yatızdırmaq kimi. Beləliklə deyə bilərik ki, mülayimlik fitri sifətlərdən olub, insanın qəzəb qüvvəsinə qalib gəlməsinə yardım edər. Bu insan çox az hallarda qəzəblənər. Bu, üstün sifətlərdəndir. Ancaq ondan da üstün sifət vardır ki, bu da təhəllümdür, yəni qəzəbi yatızdırmaq bacarığıdır. Hər kim bu bacağırı əldə edər, fitri şəkildə malik ola bilmədiyi mülayimlik sifətini təmrin sayəsində əldə etmiş olar. /Deyerler.org/ Oxşar xəbərlər
|