Pulsuz ziyarətə gedən arifin hekayəti
Ayətullah Mubəşşir Kaşani müəllimi Ayətullah Bəhaddindən belə bir xatirə nəql edir: “Bir gün Ayətullah Bəhaddinin yaxınlarından biri mənə danışıb ki, alimin xidmətində idim. İmam Rzanın (ə) ziyarəti haqqında söhbət düşmüşdü. Dedim ki, yaxşı olar ki, Məşhədə gedək! Alim buyurdu: “Gedək”. Dedim: “Nə zaman?” Buyurdu: “İndi”.
Əbasını gətirdim və səfərə hazırlaşdıq. Birdən yadıma düşdü ki, heç pulum yoxdur. Öz-özümə fikirləşdim ki, bəlkə alimin də pulu yoxdur. Macəranı alimə danışdım. Alim dedi: “Mənim də pulum yoxdur”. Dedim: “Bəs nə edək?” Dedi: “Gedək”. Pulsuz yola çıxdıq. Küçənin başına gəldik və gördük ki, dörd cavan velosipedə minib bizə tərəf gəlirlər. Yaxın gələn zaman dayanıb biri bir kisə pul çıxartdı. Alimə verib dedi: “Bu pul – sizindir”. Alim onlara bir söz deməmimş mənə dedi: “Filankəs, pulu al və gedək”. Bu, Allaha təvəkkülün nəticəsi idi və O, ən böyük Rəzzaqdır. Allah bəndələri həyatının hər bir sahəsində Allaha təvəkkül edərək bir yerə çatmışdılar. Həmişə özlərini Allahın dərgahında hiss etmiş və Onu nazir və rəzzaq kimi qəbul etmişdilər. Çünki bu maarifə yəqinləri vardır”. Oxşar xəbərlər
|