Quran kimə lənət oxuyur?
Mənim ümmətimin münafiqlərinin çoxu Quran oxuyanlardır
Həzrət Peyğəmbər (s) buyurur: “Çox Quran oxuyanlar vardır ki, Quran onlara lənət oxuyur’’. “Quran (sadəcə) oxumaq üçün deyil, hidayət olub əməl etmək üçündür’’. Yenə də Həzrət (s) buyurur: “Qəriblər dünyada dörd nəfərdirlər: Quranı zalım oxuya, bir qövmin məscidi ola orada namaz qılmayalar, bir evdə Quran ola oxumayalar, saleh bir kişi pis camaatla bir yerdə ola’’. Həzrət Peyğəmbər (s) buyurur: اكثر منافق امتى قراؤها “Mənim ümmətimin münafiqlərinin çoxu Quran oxuyanlardır’’. “Cəhənnəmdə bir yer var, ora qarilərin və günahkar alimlərin başını atacaqlar’’. İmam Baqir (ə) buyurur: “Hər kəs zalımın yanına gedə və onun üçün Quran oxuya, məqsədi dünya ola, oxuyan üçün hər hərfinə on dənə lənət yazılar, qulaq asan üçün isə hər hərfinə bir lənət yazılar’’. Həzrət Peyğəmbər (s) buyurur: من تعلم القران للدنيا و زينتها حرم الله عليه الجنة “Hər kim Quranı dünya və onun zinnətinə görə öyrənsə Allah-Təala behişti ona haram edər’’. Hacı Əhliman Rüstəmovun – “Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşunaslıq” kitabından. www.ahliman.info Oxşar xəbərlər
|