Dünyada eyni anda bu qədər ölüm olduğu halda, Həzrət Əzrayil (ə) vəzifəsini necə yerinə yetirir?
Həzrət Əzrayillə (ə) bağlı bəzi məlumatlarla tanış olaq:
1. Əzrayil (ə) Allahın yaxın mələklərindən biridir ki, vəzifəsi insanların canını almaqdır. 2. Allahın Həzrət Əzrayilin (ə) üzərinə qoyduğu vəzifə - ruhları qəbz etməkdir. O, ruhu cəsədlərdən ayırır. 3. Dünyada eyni anda bu qədər ölüm olduğu halda, vəzifəsini necə yerinə yetirir? Əzrayil (ə) tək deyil. Bu işdə çox sayda mələk ona yardım edər. Rəhmət mələkləri yaxşı əməl sahiblərinin, əzab mələkləri isə pis əməl sahiblərinin canını alarlar. Ümumilikdə isə Əzrayil (ə) üçün məkan problemi yoxdur. 4. Ölüm nədir? Ölüm – axirətin darvazası və bütün insanlar üçün İlahi nemətdir. Hamı gərək ölsün. Daha doğrusu, digər dünyaya keçid etsin. (Tebyan) 5. Ölümü niyə nemət adlandırırlar? Məsələnin aydın olması üçün bir əhvalat danışılır. Keçmiş zamanlarda bir qövm öz peyğəmbərindən istəyir ki, Allaha dua etsin və heç kəs ölməsin. O, dua edir və duası da qəbul olur. O gündən sonra həmin qövmdə heç kəs ölmür və evlər kiçikdən böyüyəyə qədər insanlarla dolmağa başlayır. Bir nəfər məcbur olur ki, öz ailəsindən, ata və anasından başqa, ulu baba-nənələrinin də yemək-içməyini təmin etsin. İnsanlar görürlər ki, vəziyyət çox çətinləşir, çarəsiz peyğəmbərlərinin yanına gəlir və ondan yenə dua etməsini istəyirlər. Deyirlər ki, vəziyyətin əvvəlki halına qayıtmağını istəyirik. Nəhayət, belə də olur. Ən başlıcası – ölüm mömin üçün imtahan dünyasından qurtulmaq, imtahanı verib qurtarmaq və əbədi səadətə doğru getmək deməkdir. 6. Həzrət Əzrayil (ə) ruhu necə qəbz edir? Ölüm mələkləri öz işlərinə ayağın barmaqlarından başlayarlar. Can verən insan ola bilsin ki, bu mələkləri görsün o halda ki, ayaqlarına əl çəkirlər. Ancaq onları görəndə təəccüb edərlər. Yavaş-yavaş sinəyə və boğaza gəlib çatırlar. Hər hissədəki ruhu alırlar və nəhayət ruhunu ağzından, gözündən və qulağından çıxardarlar. Ölü halında əhl-əyalına təhvil verilər. Allah Təala onun ölməsi üçün lazım olanları hazır edər: təsadüf, xəstəlik, təbii fəlakətlər kimi. 7. Ölüm çox qorxuludurmu? Ölüm mələkləri mömin insanla görüşən zaman, ona salam verirlər. Onunla xoş üzlə rəftar edir və behişti müjdə verirlər. Onunla xoş simada və xoş ətirli halda görüşürlər. Ancaq zalımların ölümü çox qorxulu və ağrılıdır. 8. Ölüm səfərinin təhlükəsiz olması üçün nə etməli? Hər səfər üçün azuqə və ehtiyat lazımlıdır. Bu səfərin azuqəsi də təqvadır. Dünyaya olan əlaqənizi azaltmaq və həmişə ölümü, Qiyaməti xatırlamaq lazımdır. 9. Can alan zaman ölüm mələyi icazə alırmı? Həzrət Əzrayilin (ə) heç kəsdən icazə almağa ehtiyacı yoxdur. Ancaq İslam Peyğəmbərindən (s) icazə almışdı və ondan sonra Əli ibn Əbutalibdən (ə). /Deyerler.org/ Oxşar xəbərlər
|