Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual
Mərhum Feyz Kaşani “Vafi” və “Şafi” adlı kitablarında belə yazır: “Quranın ən çox bəhs etdiyi peyğəmbərlərdən biri olan Həzrət İbrahim (ə) əyləşmişdi. Ölüm mələyi onun yanına gəlir.
İbrahim (ə) ona deyir: Ölümüm yaxınlaşıbdır? Deyir: Yox. İbrahim (ə) deyir: O zaman ki, ölüm mələyi gəlir, deməli işin bitibdir. O, dedi: Hələ dünyada qalmaq üçün möhlətin vardır. İbrahim (ə) soruşdu: Nə üçün gəlmisən? Ölüm mələyi dedi: Səni görmək üçün gəlmişəm. İbrahim (ə) dedi: Canını aldığın insanın yanına gələndə əsl qiyafəndə gəlirsən? Dedi: Yox, Yaxşıların yanına bir cür gəlirəm, pislərin yanına başqa cür. İbrahim (ə) ona dedi: Yaxşı insanların yanına gəldiyin qiyafəni mənə göstər. Ölüm mələyi dedi: Başını çevir və mən o şəklə düşüm. İbrahim (ə) üzünü çevirib, ona baxanda bihuş olur. İbrahim (ə) deyir: Heç bir zülmkarın cəhənnəmə getməsinə ehtiyac yoxdur, səni görsələr bəsləridir”. Ölüm mələyi - Allahın aynasıdır. O zaman ki, möminin yanına gələr, onun əksi ölüm mələyinin qiyafəsinə düşər. Mömin özünü ölüm mələyində görər. Kafir də özünü ölüm mələyində görər. O zaman ki, insan qəlb gözü ilə ətrafa baxar, şad yaşayar, qüssə yeməz. O zaman ki, ətrafa Allahın gözü ilə baxar, görər ki, bütün aləm Yusif olmuşdur”. Oxşar xəbərlər
|