İnsanın qəlbinin iki imtahan mərhələsi
Mütəal Allah Mülk surəsinin 2-ci ayəsində buyurur:
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” Ayə ölümün və həyatın, yəni insan ömürnün mahiyyətin açıqlayır. Mən nə üçün varam sualının cavabını verir. Qısa cavabı budur ki, mən Allah üçün varam. Təbii ki, insanın bir şeyi bilməsi onun bu sahədə işinin bitməsi deyil. Əksinə bir şeyi bilmək yeni qapılar açır. Hər bilginin də mözünə məxsus “qapısı”, özünə məxsus tələbi vardır. Necə ki, Ənkəbut surəsinin 2-ci ayəsində buyurulur: “İnsanlar (möminlər) yalnız: İman gətirdik! – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? “ İnsanların imtahanı iki mərhələdə qəlb və əməl mərhələsində təzahür edir. Əməl onun zahirdə etdiyləri, görünən tərəfidir. Qəlbi mərhələsi isə baş verənlərə reaksiasıdır. İnsanın özünü, həqiqətini formalaşdıran mühüm mərhələ də bu (qəlbi) mərhələdir. Necəki, Allah Təala buyurur: “ O kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir “ (Hucurat-3) Həmçinin İmam Rza (ə) hədisdə buyurulur: “Mömin o kəsdir ki, yaxşı əməlinə sevinər, pis əməlinə kədərlənər“ Hədisi şərif həmçinin iki mühüm nöqtəyə, əməli və qəlbi mərhələyə diqqət çəkib. İnsan yaxşı və ya pis olaraq işi görür, sonra qəlbində bu işin hesabatını verir. İnsanı formalaşdıran, ona dəyər qazandıran, onu imtahan mərhələsindən keçirən məhz bu hesabatıdır (sevinci və ya kədəridir). Qəlbin imtahanı da məhz budur. İnsanın etiyi yaxşıya sevininb, etdiyi pisə kədərlənməsi onun yaxşı və pis olmasının meyar göstəricisidir. Yaşar Nuriyev Oxşar xəbərlər
|