Pis söz təcəssüm olarsa, ən pis simaya malik olar
Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Aişə onun yanında əyləşən zaman yəhudi bir kişi gəldi və daxil olan zaman, salam yerinə dedi: “Saum əleykum (ölüm olsun sizə)”. Bir qədər keçən kimi bir başqası gəldi və o, da o cür salam verdi. Məlum oldu ki, bu dedikləri təsadüf deyildir, əslində əvvəldən hazırlanmış sözdür. Onlar bu sözləri ilə Həzrətə (s) əziyyət vermək istəyirdilər.
Aişə bu sözlərdən çox qəzəbləndi və dedi: “Ölüm sizin özünüzə olsun!”. Həzrət Peyğəmbər (s) Aişəyə buyurdu: “Ey Aişə! Pis söz demə. Pis söz əgər təcəssüm olarsa, ən çirkin və ən pis simaya malik olar. Mülayimlik və səbri hər nəyin üzərinə qoysan, onu gözəl edər və zinət verər. Hər nəyin üzərindən götürülərsə, onun gözəlliyini azaldar. Niyə qəzəbləndin ki?”. (Həvzəh) Aişə dedi: “Məgər görmürsünüz ki, onlar xəcalətdən uzaq halda salamın yerinə nə deyirlər?”. Həzrət (s) buyurdu: “Mən də cavabında dedim: Əleykum (sizin özünüzə). Elə bu qədəri kifayət idi”. /Deyerler.org/ Oxşar xəbərlər
|