Rəsuli-Əkrəmin (s) üzüyü necə idi? Üzərində hansı sözlər yazılmışdı?
Üzük taxmaq – Peyğəmbər (s) və Məsum İmamların (ə) sünnətindəndir. Belə sual verilir ki, Həzrətin (s) üzüyünün cinsi nədən idi və üzərindəki qaşda hansı sözlər həkk olmuşdur?
Birinci sualın, yəni üzüyün cinsinin nədən olduğu ilə bağlı nəql edilir: 1. Qırmızı əqiqdən. Nəql edilir ki, Peyğəmbərin (s) nübuvvət xəbəri Həbəşənin padşahı Nəccaşinin qulağına çatanda deyir ki, mən gərək onu imtahana çəkim. Peyğəmbər (s) üçün bahalı hədiyyələr göndərir ki, onların içində yaqut və əqiq də var idi. Bu hədiyyələr Həzrətə (s) çatan zaman, onları səhabələri arasında bölüşdürür. Özünə isə ancaq qırmızı əqiqi götürür. 2. Gümüşdən. Nəql edilir: “Peyğəmbər (s) gümüşdən olan üzüyü əlində qərar vermişdi”. İbni Abbas nəql edir: “Peyğəmbər (s) əcəmilər üçün məktub yazmaq istəyəndə bir nəfər dedi: “Ey Allahın Peyğəmbəri! Onlar möhürü olmayan məktubu qəbul etmirlər”. Ona görə də Peyğəmbər (s) göstəriş verir ki, onun üçün dəmirdən bir üzük düzəltsinlər və onu əlinə taxır. Cəbrayil (ə) nazil olub buyurur: “Onu barmağından çıxart”. Həzrət (s) də çıxardır. Sonra göstəriş verir ki, onun üçün başqa üzük düzəltsinlər. Bu dəfə misdən üzük düzəldirlər və onu da əlinə taxır. Cəbrayil (ə) yenə gəlir və buyurur: “Onu da barmağından çıxart”. Peyğəmbər (s) onu da çıxardır. Sonra göstəriş verir ki, ona gümüşdən üzük düzəltsinlər. O zaman ki, üzüyü Həzrətin yanına gətirirlər, Həzrət (s) onu barmağına taxır. Cəbrayil (ə) onu dəyişdirmir”. 3. Gümüşlə örtülmüş dəmirdən. Nəql edilir: “Peyğəmbərin (s) üzüyü var idi ki, dəmirdən idi və üzəri gümüşlə örtülmüşdü”. Bəs üzüyün üzərində hansı yazılar həkk olmuşdur? Bu haqda bir çox nəzərlər vardır: 1. Abdullah ibni Sənan İmam Sadiqlə (s) bu haqda söhbət etmişdir və o Həzrət (ə) buyurur: “İstəyirsənmi ki, onu sənə göstərim?”. Deyir: “Bəli”. Göstəriş verir ki, möhürlənmiş kisəni evinin dərinliklərindən gətirsinlər. Həzrət (ə) kisənin ağzını açır və oradan gümüş üzük çıxardır. Qaşı qara rəngli idi və üzərində yazılmışdı: "Muhəmmədun Rəsuləllah" «مُحَمَّدٌ رَسولُ اللهِ» 2. İmam Sadiq (ə) buyurur: “Peyğəmbərin (s) iki üzüyü olmuşdur. Birinin üzərində yazılmışdı: "Lə iləhə illəllah Muhəmmədən Rəsuləllah". «لا اله الا الله، محمد رسول الله ». O birisinin isə üzərində yazılmışdı: "SadəqəAllah". « صدق الله» 3. Həzrət Peyğəmbər (s) Həbəşi padşahının göndərdiyi üzüyü İmam Əliyə (ə) verib deyir ki, üzərində bir sətir yazsın: İmam (ə) da üzüyü verir və buyurur ki, üzərinə iki sətir söz yazsınlar. Bir sətir ki, Peyğəmbər (s) onu sevir: "Lə iləhə illəllah" "لا اله الا الله" Bir sətir ki, İmam Əli (ə) sevir: "Muhəmmədən Rəsuləllah" "محمد رسول الله" Üzüyü Həzrətin (s) yanına gətirəndə o, soruşur ki, niyə üzüyün üzərində üç cümlə həkk olunmuşdur. Bu zaman Cəbrayil (ə) nazil olur və deyir: “Ya Rəsulallah! Allah sənə salam göndərir və buyurur: “Ey Peyğəmbər! Sən əmr etmişdin ki, üzüyün üzərində sən sevdiyin sözləri yazsınlar. Əli (ə) də əmr etdi ki, onun sevdiyi şeyi yazsınlar. Mən də o şeyi ki, sevirəm onu yazdım: "Əliyən Vəliyullah" «علی ولی الله » 4. Başqa hədisdə oxuyuruq ki, Həzrətin (s) üzüyünün üzərində yazılmışdır: "Sadəqəllahul-həqq, Muhəmmədun Rəsuləllah" “ صدق الله الحق، محمد رسول الله” 5. İbni Sirin nəql edir ki, onun üzərində yazılmışdır: "Bismillah Muhəmmədun Rəsuləllah" "بسم الله محمد رسول الله" Oxşar xəbərlər
|