Bu xəbər İmam Əlinin (ə) göz ağrısını unutdurdu
Nəql edirlər ki, Əmirəl-möminin (ə) şiddətli göz ağrısına düçar olur. Həzrət Peyğəmbər (s) onu ziyarət etmək üçün gəlir və buyurur: “Ey Əli! Nə olmuşdur?”.
İmam Əli (ə) buyurur: “Heç bir zaman bu qədər şiddətli ağrıya düçar olmamışam”. Peyğəmbər (s) ona dəhşətli bir xəbər verir ki, bu xəbər ona ağrısını unutdurur. Bu xəbər belə idi: Peyğəmbər (s) buyurur: “Həqiqətən, o zaman ki, Əzrayil (ə) kafirin canını almağa gələr, onunla birlikdə atəşdən qılınc olar. Onunla onun canını alar. Cəhənnəm fəryad çəkər”. Əmirəl-möminin (ə) bu xəbərdən qalxır və əyləşir. Buyurur: “Ya Rəsulallah! Buyurduğunuz hədisi təkrar edin ki, bu xəbərin qorxusundan göz ağrısını unutdum. Sizin ümmətdə kimsə vardırmı ki, bu keyfiyyətdə cəzalanıb, ölsün?”. Həzrət Peyğəmbər (s) buyurur: “Bəli. Üç dəstə müsəlmandır ki, bu cür can verərlər: zülm edən hakim, nahaq yerə yetim malı yeyən və yalandan şəhadət verən”. İmam Əlinin (ə) İlahi mərifəti onun bu xəbəri belə qəbul etməsinə səbəb olmuşdur. Allah Təala o mərifətin bir zərrəsini bizlərə də qismət eləsin. /Deyerler.org/ Oxşar xəbərlər
|